“Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının-25 illiyinə həsr olunan seminar

Məruzəçi: “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının ETL-in prof. b.e.i. Babayev Adil Məhəmməd oğlu, fil.ü.f.d., e.i. Nəbiyeva Almara Vəzir qızı

Xülasə: “Dədə Qorqud” Elmi Tədqiqat Laboratoriyasının yarandığı ilk dövrlərdə akademik Tofiq Hacıyev, AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev, professor Yusif Seyidov, professor Süleyman Əliyarlı, professor Samət Əlizadə, professor Qara Namazov, professor Pənah Xəlilov kimi mütəfəkkirlər laboratoriyada fəaliyyət göstərmiş və dastanı müxtəlif istiqamətlərdə araşdırmış, eposla bağlı bir çox elmi yeniliklərə imza atmışlar. “Kitabi-Dədə Qorqud” eposunun tarix, etnoqrafiya, ədəbiyyat, dil və coğrafiya baxımından, habelə dünya eposları ilə müqayisəli şəkildə öyrənilməsi Azərbaycan folklorşünaslıq və ədəbiyyatşünaslığının müasir inkişaf mərhələsində olduqca önəmlidir. Ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud” eposuna böyük önəm vermiş, türk xalqlarının birliyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Bütün bu sərəncamlar “Kitabi-Dədə Qorqud” dastanına olan marağı artırmış, eyni zamanda beynəlxalq arenada eposun tanıdılmasına böyük təkan vermişdir. “Kitabi-Dədə Qorqud” dastanı 2018-ci ildə UNESCO-nun beynəlxalq mədəni irs siyahısına daxil edilmişdir. Ulu öndərin layiqli davamçısı Cənab Prezident İlham Əliyev həmçinin eposa yüksək dəyər vermiş onunla bağlı bir çox sərəncam imzalamışdır.

Ümumilli liderimiz H.Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına daima yüksək dəyər vermişdir. Məhz bu dəyərin bir simvolu da “Kitabi-Dədə Qorqud” dastanının dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixində veirlən fərman idi. Bir məqamıda qeyd edək ki, artıq dastanın 1325 illiyidir. Bu elmi seminar 1325 illiyə həsr olunub. Laboratoriyamız artıq 25 ildir ki fəaliyyət göstərir. Bu müddət ərzində bir çox elmi yeniliklərə imza atmışdır. Belə ki, Bakı Dövlət Universitetinin Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin bildirişinə əsasən 2022-ci ildən laboratoriyada elmi seminar keçirilir, həm əməkdaşlar, həm də tanınmış folklorşünaslar, xüsusən “Kitabi-Dədə Qorqud” eposun tədqiqatçıları seminarlar dastanın mifik qaynaqları, coğrafi arealı, sonrakı dastanlarımıza təsiri haqqında məruzələr edirlər.

Bu illər ərzində neçə-neçə əməkdaşlarımız elmi yeniliklərə nail olmuş və bir çox təhsil müəssisələrdə aparıcı vəzifələrə təyin olunublar. Bununla yanaşı BDU-nun və digər ali məktəblərin elmi konfrans və seminarlarında iştirak etmişlər. Həmçinin “Dədə Qorqud” ETL-in əməkdaşları və Gənc istedadlar liseyinin müəllim və şagird kollektivi ilə görüş keçirilmişdir.

Bir məqamıda qeyd edək ki, laboratoriyanın elmi fəaliyyətini yüksək qiymətləndirən “Dədə Qorqud” milli fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının redaktoru Eldar İsmayılov H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” adlı elmi seminarında iştirak edərkən öz çıxışında “Dədə Qorqud” ETL-in genişmiqyaslı tədqiqatlarının yüksək qiymətləndirmiş və bunun nəticəsi olaraq laboratoriyaya “Dədə Qorqud” mükafatını təqdim etmişdir.

İştirak etmişdir: 13 nəfər –5 fil.ü.f.d, 2 k.e.i., 2 b.l.,1 l., 1 könüllü tələbə