https://doi.org/10.36719/2791-3732/9/37-43
Elnarə Əliyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
Filologiya üzrə fəlsəfə doktoru, Dosent
orcid id: 0000-0002-5779-8899 dok.elnare_e@mail.ru
Xülasə
Əvəzliklər dilçilik ədəbiyyatında müxtəlif ziddiyyətli fikirlərin mərkəzində dayanır. Dildə elə bir başqa nitq hissəsi yoxdur ki, müxtəlif məktəblərin, cərəyanların və dilçilik istiqamətlərinin nümayəndələri arasında bu qədər qızğın mübahisə və müzakirələrə səbəb olsun. Əvəzliklər reallığı xüsusi bir şəkildə əks etdirir. Bu sözlər böyük semantik tutuma sahibdir. Əvəzliklər qədim insanların öz mənlərinə qarşı qoyduqları ilk sözlərdir. Bunlar şəxş əvəzlikləri kimi müasir türk dillərində geniş üslubi imkanlara malikdir.Onların bu çoxşaxəli funksiyası nitqdə mühüm rol oynayır. Türk dillərində flektiv dillərdən fərqli olaraq, həm mənsubiyyət şəkilçisi, həm şəxs şəkilçisi, həm də xəbərlik şəkilçisi ilə şəxsə işarə edilir. Əvəzliklər sinfi elmi dilçlik ədəbiyyatında pronominativlər kimi eynimənalı terminlərlə də tanınır. Əvəzlik çox mürəkkəb dil təbiətinə malikdir və özündə digər nitq hissələrinə xas olan müxtəlif xüsusiyyətləri və xarakterik cəhətləri birləşdirir. Türkoloji ədəbiyyatda əvəzliklə bağlı müxtəlif tədqiqatlar aparılsa da, bu məqalədə türk dillərində əvəzliyin növləri, onların adlandırılması yolları təhlil olunmuşdur. Burada əvəzliklərin türk dillərindəki xüsusiyyətləri və onların qrammatik təsnifatı araşdırılmışdır.
Açar sözlər: əvəzlik, türkologiya, türk dilləri, qrammatika, müqayisə
Elnara Aliyeva
ANSA Institute of Linguistics named after Nasimi,
PhD in Philology, Assoc. Prof.
orcid id: 0000-0002-5779-8899
dok.elnaree@mail.ru
PRONOUN CATEGORY AND ITS NAMES IN TURKISH LANGUAGES
Abstract
Pronouns stand at the center of various contradictory opinions in linguistic literature. There is no other part of speech in the language that has sparked such heated debates and discussions among representatives of different schools, movements, and linguistic trends. Pronouns uniquely reflect reality and possess great semantic capacity. They were among the first words that ancient humans contrasted with their own identities. In modern Turkic languages, pronouns, particularly personal pronouns, have extensive stylistic possibilities. Their multifunctional nature plays a crucial role in speech. Unlike inflectional languages, Turkic languages indicate person using possessive, personal, and predicative suffixes. In linguistic literature, the class of pronouns is also recognized under synonymous terms such as “pronominals.” Pronouns exhibit a highly complex linguistic nature, combining various characteristics typical of other parts of speech. Although numerous studies on pronouns exist in Turkic studies literature, this article examines the types of pronouns in Turkic languages and their methods of classification. Additionally, it explores the grammatical classification of pronouns within these languages.
Keywords: pronoun, Turkic studies, Turkic languages, grammar, comparison.
Giriş
Dilçilik ədəbiyyatında əvəzlik tədqiqatçılar tərəfindən müxtəlif cür şərh olunur. Belə ki, əvəzlik leksik-qrammatik söz sinfi, semantik kateqoriya, morfoloji söz sinfi, morfoloji-sintaktik, həmçinin leksik söz sinfi kimi təqdim edilmişdir. Qeyd edilməlidir ki, bütün dillərdə əvəzliyin funksiyaları çoxşaxəli və əhəmiyyətlidir.
İsim, sifət, say, zərf və felin yerində işlənən sözlərə əvəzlik deyilir. Əvəzlik hansı nitq hissəsinin yerinə işlənirsə, onun da sualına cavab olur. Bunlar ənənəvi qrammatikalardan məlum olan qaydalardır. Lakin əvəzlik ətrafında bir-birindən xeyli fərqlənən, hətta bir-birinin əksini təşkil edən mülahizələr də diqqəti cəlb edir.
Əvəzliklər gah “boş sözlər”, gah da “ən sirli sözlər” adlandırılır. Gah bir nitq hissəsi kimi inkar edilir, gah da ona daxil olan sözlər başqa nitq hissələri arasında paylaşdırılır, gah da köməkçi nitq hissəsi kimi təqdim edilir. Bəzən əvəzliyin əhatə dairəsi xeyli məhdudlaşdırılır, əvəzliklərin yalnız bir qismi bu nitq hissəsinə aid edilir [1.S.285]. Azərbaycan dilində tədricən bölgü prinsipində dəyişikliklər aparılmış, vaxtilə qəbul olunmuş bəzi növlər ixtisara salınmışdır. Y.Seyidov Azərbaycan dilində cəmi 27 sözü əvəzlik kimi qəbul etmiş və onları 5 növə aid etmişdir.
“İsimləri əvəz etdiyi üçün əvəzliklərin xeyli hissəsi bir vaxtlar “ismi-zəmir” (əvəzlik-isim) adı altında isimlər sırasına daxil edilmiş, işarə əvəzlikləri isə “təyini sifət” adı ilə sifətlərlə birgə verilmişdir” [2. S.138].
Azərbaycan dilində H.Mirzəzadə tarixən əvəzliyin şəxs, qayıdış, işarə, sual, təyin, qeyrimüəyyən kimi növlərinin olduğunu bildirmişdir. O, inkar əvəzliklərini qeyri-müəyyən əvəzliklərinə daxil etmişdir. Digər bir məqamda isə müəllif qayıdış əvəzliyini şəxs əvəzliyinin bir növü adlandırmışdır. [3. S.175].
F.Zeynalov “Türk dillərinin müqayisəli qrammatikası” kitabında əvəzliyin 6 növünü göstərmişdir:
şəxs, işarə, sual, təyini və qayıdış, qeyri-müəyyən, inkar [4. S.113]. F.Zeynalov mənimki, bizimki ifadələrini şəxs əvəzliklərinə daxil etmiş, ora, bura ifadələrini zərf hesab etmişdir. Qayıdış əvəzliklərini isə təyini əvəzlikləri ilə birləşdirərək təyin-qayıdış əvəzlikləri adı altında verilməsinin daha doğru olması fikrini irəli sürmüşdür.
Q.Kazımov əvəzliyi “leksik-qrammatik səciyyəsinə, morfoloji xüsusiyyətlərinə, sintaktik vəzifəsinə görə fərqlənən orijinal bir kateqoriya, xüsusi söz qrupu” kimi səciyyələndirmişdir
[2.S.135]. O, əvəzliyin aşağıdakı 7 növünü göstərmişdir: şəxs, qayıdış, sual, qeyr-müəyyənlik bildirən, inkar, nisbi və işarə əvəzlikləri.Ümumiyyətlə, müasir Azərbaycan dilində əvəzliyin aşağıdakı növləri qəbul olunur: şəxs, işarə, təyini, sual, qeyri-müəyyən əvəzliklər. Vaxtilə bu siyahıya inkar və qayıdış əvəzlikləri də aid edilirdi.
M.Ergin əvəzliklər haqqında aşağıdakı fikirləri söyləmişdir: “Zamirler nesneleri temsil veya işaret suretiyle karşılayan kelimelerdir… Zamirlerin tek başlarına kelime olarak manaları yoktur. Bir zamir tek başına hiç bir nesneyi karşılamaz, heç bir şeyin adı değildir… Onlar nesnelerin isimleri değil, gerekince geçici olarak o isimlerin yerini tutan kelimeler diye tarif edilir”. O, türk dilində əvəzliyin aşağıdakı növlərini göstərmişdir: şahıs, dönüşlülük, işaret (bu, şu, o), soru, belirsizlik (kimse, özge, başkası, ayruk “başqası”, kamu “hər kəs”, biri, bazısı, hepsi, kimi, birisi, hepimiz, biriniz), bağlama (kim) zamirleri [bax: 5.S.249-265].
A.N.Kononov türk dilində əvəzliyin aşağıdakı növlərini göstərir: işarə, qayıdış, sual, inkar, qeyri-müəyyən, ümumiləşdirici (obobşayuşiye), təyini [6. S.171].
Qaqauz dilində əvəzliyin növləri sayca çoxluğuna görə seçilir: şəxs, yiyəlik (benimki, seninki, onunki), işarə (o, bu, şu, şöölə), sual, nisbi (ani “hansı ki”, ne, kim, naşey, nesoy, anqı), təyini (xer, xebiri, xerkez, xepsi və s.), qeyri-müəyyən (kimi, kimisi, kimsə, birisi), qeyri-müəyyən-inkar (kimse, bir şey, birkimsey) [7. S.126].
Başqırd dilində əvəzlik Azərbaycan dilində olduğu kimi, isim, sifət, say və zərfi əvəz edən nitq hissəsi kimi səciyyələndirilir və onun aşağıdakı 7 növü göstərilir: şəxs, işarə, sual, təyin, qeyrimüəyyən, inkar, yiyəlik [8. S.153-154].
Qaraqalpaq dilində əvəzliyin 4 növü müəyyənləşmişdir: 1. Şəxs və şəxs-yiyəlik; 2. İşarə və işarəyiyəlik; 3. Təyini; 4. Sual, qeyri-müəyyən və inkar [9. S.260]. Göründüyü kimi, qaraqalpaq dilində zahirən 4 növ göstərilsə də, bunların daxilindəki növlər digər türk dilləri ilə tam uyğun gəlir. A.N.Kononov özbək dilində 6 növü qeyd etmişdir: şəxs, işarə, qayıdış, sual, qeyri-müəyyən, ümumiləşdirici (обобщающие). Sonuncu növə xar kim, xar kaysi, xar kanday, xar kança, xar karsa kimi əvəzliklər aid edilmişdir ki, bunlar Azərbaycan dilindəki təyini əvəzliklərinə uyğun gəlir [10. S.172].
R.Rasulkimi əvəzliklərun “Özbək dili” dərsliyində əvəzliyin 7 növü göstərilmişdir: kişilik
“şəxs”, ozlik “qayıdış”, korsatiş “işarə”, soroq “sual”, belgilaş “təyini”, bolişsizlik “inkar”, gumon olmoşlari “qeyri-müəyyən” [11. S.76].
N.A.Baskakov noqay dilində əvəzliyin 7 növünü qeyd etmişdir: şəxs, yiyəlik-predikativ (притяжательные-предикативные / meniki, seniki və s.), təyini-qayıdış (özim), işarə (bul, sol, şol, ol), sual, təyini (ar / har, falan // palan), qeyri-müəyyən və inkar (bir kim “heç kim”, bir zat “heç nə”) [12. S.74-82].
Qazax dilində 7 növ diqqət çəkir: şəxs, işarə, sual, təyini, qayıdış, ümumiləşdirici (обобщительные) və inkar əvəzlikləri [13. S.229]. Göründüyü kimi, qazax dilində özbək dilindən fərqli olaraq, həm təyini, həm də ümumiləşmiş əvəzliklər mövcuddur.
Qaraçay-balkar dilində əvəzliyin aşağıdakı növləri mövcuddur: şəxs, şəxs-qayıdış, işarə, sual- nisbi, qeyri-müəyyən (təyini və inkar) [14].
Tuva dilində 6 qrup müəyyən edilmişdir: şəxs, işarə, təyin, qeyri-müəyyən, inkar [15. S.215]. N.P.Dırenko oyrot dilində əvəzliyi təsnif edərkən bir qədər fərqli bölgü təqdim etmişdir: şəxs, yiyəlik, işarə, sual, təyini (qeyri-müəyyən) [16. S.90].
Göründüyü kimi, türk dillərində əvəzliyin bir kateqoriya kimi tanıtımı oxşar olsa da, bəzi fərqli məqamlar da özünü göstərir. Bizim əsas məqsədimiz bu kateqoriyanın adlandırılması olduğu üçün həmin fərqli məqamlarla bağlı fikirlərimizi yalnız adlandırma prosesindən bəhs edərkən toxunacağıq. Daha çox fərq müasir türk dilində özünü göstərir.
- Əvəzliyin növlərinin adlandırılması.
Türkologiyada əvəzliyin hansı şəkildə qruplaşdırılmasına nəzər saldıqdan sonra konkret ayriayrı növləri araşdırmaq istərdik.
1) Şəxs əvəzliyi (Azərbaycan), kişi (türk- T.Banquoğlu), şahıs (türk – M.Ergin), at çalışması (türkmən), üz aderlik (qaqauz), kişilik olmoşi (özbək), kişilik almaş (qərbi uyğur), şəxs almişi (şərqi uyğur), zat almaşlıkları (tatar), zat almaşı (başqırt), bet orunça (qumuq), betlevçü almaş (Qaraçaybalkar), özlik avıs (noqay), jiktev esimdiqi (qazax), çaktama at atooç (qırğız), tüzünnıñ solumazı (Altay), sıray orındızı (xakas), arınnıñ at ornu (tuva), eeçi orunqu (şor) [17. S.76], betleu almasıkları (qaraqalpaq).
Azərbaycan və türk dilində ərəb dilindən alınmış şəxs/ şahıs sözü işlənir. Eyni zamanda Şərqi uyğur dilində də eyni ifadədən istifadə olunur. Lakin türk dilində əvəzliyin bu növünün adlandırılmasında bir qədər qarışıqlıq müşahidə olunur. Belə ki, M.Ergin və S.Güneş şahıs, T.Banquoğlu kişi və T.N.Gencan kişi, N.Koç kişi adılı terminlərindən istifadə edirlər [18. S.55].
Türkmən dilində milli at çalışması terminindən istifadə olunur. Bu da “adı, yəni ismi əvəz edən” anlamındadır.
Qumuq dilində müşahidə olunan bet termini də milli mənşəli olub “şəxs” mənasındadır. Qaraqalpaq dilindəki betleu sözü də “şəxs” semantikasında olan bet sözündəndir.
Tatar dilində zat almaşlıqları termini işlənir. Bu, ərəb mənşəli olub, “sahib, yiyə” anlamındadır [19. S.208].
Başqırd dili tatar dili ilə eyni mənbədən dəyərlənmişdir.
Tuva dilində arınnıñ at ornu ifadəsindəki arın sözü “şəxs” mənasındadır.
Uyğur, özbək dilçiləri, eləcə də Türkiyə türkcəsinin bəzi araşdırıcıları milli mənşəli kişi termininə üstünlük vermişlər.
2) İşarə əvəzliyi (Azərbaycan), işaret zamiri (türk), qörkezme çalışması (türkmən), gösterici aderlik (qaqauz), korsatiş olmoşi (özbək), körsitiş almaşliri (uyğur), kürsətü almaşlıq (tatar), kürhətev almaşı (başqırd), qörsetiv orunça (qumuq), körgüztüvçü almaş (Qaraçay-balkar), körsetüv avıs (noqay), siltev esimdiqi (qazax), silteme at atooç (qırğız), körgüzer soluma (Altay), közidiq orındı (xakas), aytılqanıñ at ornu (tuva), körqüzçi orunqu (şor) [17. S.56].
Azərbaycan və türk dilində ərəb mənşəli “əlamət, nişan” mənalı işarət terminindən istifadə olunur [19. S.265].
Türkiyə türkcəsində başqa terminlərə də rast gəlmək mümkündür: gösterme zamirleri
(T.Banquoğlu), gösterme adılları (N.Koç), işaret zamirleri (M.Ergin, S.Güneş), im adılları (Tehsin Gencan) [18. S.57].
Digər türk dillərində də bu məqamda milli sözlərdən istifadə olunur və bu kateqoriya gözlə əlaqələndirilir. Məsələn, türkmən dilində qör(mek) kökündən qörkez(mek) feli düzəlmiş, ondan da qörkezme termini yaranmışdır. Analoji hal, yəni eyni felə müxtəlif şəkilçilərin artırılması ilə isim düzəldilməsi əksər türk dillərində müşahidə olunur.
korsatiş< kor+sat+iş (özbək) körsitiş < kör+ sit+ iş (uyğur) kürsətü < kür+sət+ü (tatar) qörsetiv< qör+set+ iv (qumuq) körsetüv< kör +set+üv (noqay) kurhətev< kur+hət+ev (başqırd)
körqüztüvçü <kör+qüz+tüv+çü (qaraçay-balkar) körqüzer< kör+qüz+er (Altay) körqüzçi<kör+qüz+çi (şor) közidiq<köz+id+iq (xakas)
İşarə əvəzliyinin adlandırılması ilə bağlı üçüncü qrupda qazax və qırğız dilləri birləşir. Qırğız dilində “işarə” anlamlı şilteme sözü terminləşərək funksionallaşmışdır. Qazax dilində isə bu, siltev şəklindədir.
Tuva dilində də kateqoriyanın adlandırılmasında millilik özünü göstərir: aytılqanın at ornu
[20. S.48] < aytılqa “işarə” + at “ad” + orun “yer”3) Sual əvəzliyi (Azərbaycan), soru zamiri / soru sıfatı (türk), soraq çalışması (türkmən), soruş aderlii (qaqauz), soraq olmoşi/ sifatlovçi (özbək), soal almişi (uyğur), sorav almaşlıq // bilqeleü // sorav almaşlığı belən belderelqen sıyfat (tatar), horav almaşı (başqırd), belqilevçü sorav orunça (qumuq), soruvçu almas // belqilevçü almaş (Qaraçay-balkar), sorav avısı // belqilevşi (noqay), surav esimdiqi // sun esimqe, san esimqekoyılatın (qazax), anıktaqıç (surooluu) sın atooç (qırğız), suraktu soluma // tartaaçı (Altay), surıqlıq orındı (xakas), aytırıqnıñ at ornu – pile ilerettinqen todaradılqa (tuva), suraqçı orunqu (pilimçi fonksiyonunda) (şor) [17. S.74-75].
Müasir Türkiyə türkcəsində soru sıfatı, soru zamiri və soru zarfı adlı ayrıca kateqoriyalar mövcuddur. Əslində, bunlar arasında elə qabarıq fərq yoxdur. Bu kateqoriyaya aid edilən sözlərin hamısı sual əvəzlikləridir.
Analoji hal aşağıdakı dillərdə də müşahidə olunur: hallıknı kulluqun kütüqen sorav orunça “sual əvəzliyi” / belqilevçü sorav orunça “sual sifəti” (qumuq dili), suramaa taktooç “sual zərfi” / surama at atooç “sual əvəzliyi” / anıktaqıç sın atooç “sual sifəti” (qırğız dili).
Bu terminlərin mənşəyinə gəlincə, daha çox millilik özünü göstərir. Əksər türk dillərində müxtəlif fonetik dəyişikliklə sor- kökündən düzəlmiş terminlər müşühidə olunur. Sor- Sor+u (türk)
Sor+aq (türkmən)
Sor+uş (qaqauz)
Sor+oq (uyğur)
Sor+av (tatar, qumuq, noqay)
Sor+av+çu (Qaraçay-balkar)
Sur+av (qazax)
Sur+ oo (qırğız)
Sur+ak+tu (Altay)
Sur+ıq+lıq (xakas)
Sur+aq+çı (şor)
Hor +av (başqırd)
Göründüyü kimi, 14 türk dili eyni mənbəyə söykənir. Əslində, Azərbaycan dilində işlənən sual sözü də səsdüşümü nəticəsində suval sözündən yaranmışdır. Bunu həmin sözün bəzi dialektlərdə suval, Muğan dialektində isə saval variantında da işlənilməsi sübut edir [Bax: 21. S.102]. Beləliklə, sur>suv+al>sual. Təkcə Tuva dilində tam fərqli söz yaradıcılığı özünü göstərir: aytırıq at ornu [20. S.48]. Tuva dilində aytırıq sözü “sual” mənasındadır. Bu isə ayıt sözünün fonetik dəyişikliyə uğramış “göstərmək, izah etmək” mənalı aytır variantından düzəlmişdir.
Bir məqama da diqqət yetirmək istərdik. Əgər E.Gürsoy tatar dilində bu kateqoriyanın adını sorav şəklində təqdim edirsə, tatar dilçisi A.Rəhimova bunun sorau şəklində oldunğunu qeyd etmişdir.
4) Qeyri-müəyyən əvəzlik (Azərbaycan), belirsiz zamir (türk–T.Banquoğlu)/ belirsizlik zamirleri (M.Ergin, S.Güneş)/ belgisiz adıl (T.Gencan, N.Koç)/ bilgesezlik almaşlıqları (türk), nəəməlim çalışma (türkmən), bellisiz aderlik (qaqauz), tahminiylik olmoşi (özbək), bəlqüsizlik almişi// eniqsizlik almişi (uyğur), bilqesezlek almaşlığı (tatar), bildəhezlek almaşı (başqırd), belqisiz orunça (qumuq), belqisiz almaş (Qaraçay-balkar), bilqisiz avıs (noqay), belqisizdik esimdiqi// mölşer üstevi (qazax), çamalama at atooç (qırğız), tartı tok soluma (Altay), ile nimes orındı (xakas), todarqay eves at ornu (tuva) [17. S.56; 18. S.58], qüman almaşlığı (qaraqalpaq)
E.Gürsoy özbək dilində bu kateqoriyanın adını tahminiylik olmoşi şəklində göstərsə də, “Özbəkcə-rusca” lüğətdə bu, qumon olmoşi şəklində verilmişdir [22. S.302]. Qumon sözü fars mənşəli olub, özbək dilində mənbə dildə olduğu kimi, “güman, şübhə” anlamındadır. Qaraqalpaq dili də bu prosesdə özbək dili ilə eynilik təşkil edir (qüman).
Azərbaycan dilində bu kateqoriyanı adlandırmaq üçün ərəb mənşəli qeyr və müəyyən sözlərindən istifadə olunmuşdur (qeyri-müəyyən əvəzlik).
Türkmən dilində müşahidə olunan nəməlim termini də alınma olub, fars və ərəb calağından ibarətdir: na (fars) “qeyri”>nə + məlim (ərəb) “aşkar, bilinən” [19. S.350, 458].
Türk, uyğur, tatar, başqırd, qumuq, qazax, qaraçay-balkar dillərində bu termin milli kökə söykənir. Bütün bunlar qədim türk yazılı abidələrində qeydə alınmış belgüsüz “naməlum” [23. S.94] sözünün fonetik dəyişikliyə uğramış variantlarıdır. Qaqauz dilində işlənilən bellisiz termini isə qədim türkcədəki billüg “məşhur” (dolayısı ilə “hamıya məlum olan”) sözünün bir qədər fonetik dəyişikliyə uğramış və inkar şəkilçisi qəbul etmiş variantıdır.
Başqırd dilində işlənilən bildəhezlek almaştarı ifadəsi “qeyri-müəyyən, qeyri-məlum” mənalı bildəhez sözündən götürülmüşdür, bu sözün də kökündə “nişan, əlamət” mənalı bildə leksemi durur [24. S.100]. Bəlkə, bil+gə g-d əvəzlənməsi bilikli,müdrik
- Qayıdış əvəzliyi (Azərbaycan), dönüşlülük zamiri (türk–M.Ergin), dönüşlü zamiri
(T.Banquoğlu) // şahıs zamiri (S.Güneş) // kendi sözcüğü (T.Gencan) // kendi adılı (N.Koç), qaydım çalışması (türkmən), çevirim aderlii (qaqauz), ozlik olmoşi (özbək), özlük almaş (uyğur), bilqəlev almaşlığı (tatar), töşöm almaşı (başqırd), kaytım orunça (qumuq), beqitivçü almaş (Qaraçay-balkar), belqilev avıs (noqay), özdik esimdik (qazax), özdük at atooç (qırğız), öz soluma (Altay), aylanıs orındızı (xakas), “pot potu” tep todarqay todarqay at ornu (tuva), karçı orunqu (şor) [17. S.56].
Azərbaycan dilində milli mənşəli sözlə ifadə olunan bu kateqoriya müasir dilçilər tərəfindən müstəqil kateqoriya kimi qəbul olunmamış və o, qeyri-müəyyən əvəzliklə birləşdirilmişdir.
- Təyini əvəzlik (Azərbaycan).
Qumuq dilində belqilevçü mestoimeniya terminindən istifadə olunur. Göründüyü kimi, tərəflərdən biri milli, digəri isə rus mənşəlidir. Qədim türk yazılı abidələrində qeydə alınmış “nişan, əlamət” semantikalı belgü sözü [23. S.93] qumuq dilində eyni mənada belqi fonetik tərkibində qorunmuşdur. [25. S.70].
Özbək dilində anoloji olaraq belgilaş olmoşları terminindən istifadə olunur. [11. S.85].
Tatar dilində də söz birləşməsi şəklində olan terminin birinci tərəfi eyni mənbəyə söykənir:
bilgeləü almaşlıqları [18. S.62]. İkinci tərəf haqqında isə bir qədər irəlidə məlumat verilmişdir.
Başqırd dilində buna bənzər bildələü almaştarı ifadəsi işlənir ki, bu da aşağıdakı yolla yaranmışdır: bildə “işarə, nişan”>bildəle “məlum, təyin olunmuş”>bildəleü “təyini” [24. S.99].
Türkiyə türkçəsində mənbə kimi qədim türkcə əsas götürülmüşdür: belirlee adılları/ zamirleri
Tuva dilində todarılqanın at ornu ifadəsi işlənilir. Bu terminin birinci tərəfi todara “təyin olunmaq” kökündəndir [20. S.414].
7) İnkar əvəzliyi (Azərbaycan), yokluk çalışması (türkmən), bolışsızlık olmoşları (özbək)
Azərbaycan dilində ərəb mənşəli inkar “danma, boynuna almama; qəbuletməmmə” [19. S.243] sözündən istifadə olunur. Bu gün əvəzliyin bu növü qeyri-müəyyən əvəzliyə daxil edilmişdir.
Nəticə
İstərdik ki, aparılan qısa ekskurs türk dillərində əvəzliyin bir kateqoriya olaraq o qədər də fərqli olmadığını sübut etsin. Bu araşdırma, eləcə də bu istiqamətdə olan araşdırmalar həm türk dillərinin lüğət tərkibinin, həm də qrammatikasının daha asan öyrənilməsinə yardımçı ola bilmək baxımından əhəmiyyətlidir.
Ədəbiyyat
- Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfologiya. 2006.
- Kazımov Q.Ş. Müasir Azərbaycan dili.Bakı, “Elm və təhsil”, 2010.
- Mirzəzadə H. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı, Azərbaycan Dövlət TədrisPedaqoji ədəbiyyatı nəşriyyatı, 1962.
- Zeynalov F.R. Türk dillərinin müqayisəli qrammatikası. I hissə. (Adlar). Bakı, ADU nəşri, 1974
- Ergin M. Türk Dil Bilgisi. Sofya, “Narodna prosveta”, 1967.
- Кононов А.Н. Грамматика современного турецкого литературного языка. МоскваЛенинград, Изд. Академии Наук СССР, 1956
- Грамматика гагаузского языка. Фонетика и морфология. Москва, 1964
- Грамматика современного башкирского литературного языка. Москва, Наука, 1981
- Баскаков Н.А. Каракалпакский язык. Фонетика и морфология. Часть 1, Москва, 1952
- Кононов А.Н. Грамматика современного узбекского литературного языка. МоскваЛенинград, 1960
- Rasulov R., Mırazızov A. Ozbek tılı. 2013
- Баскаков Н.А. Ногайский язык и его диалекты. Москва-Ленинград, Изд. Академии Наук СССР, 1940
- Современный казахский язык. Фонетика и морфология. Алма-Ата, 1962
- Грамматика карачаево-балкарского языка. Нальчик, 1976
- Исхаков Ф.Г., Пальмбах А.А. Грамматика тувинского языка. Фонетика. Морфология. Москва, 1961
- Дыренко Н.П. Грамматика ойротского языка. Москва-Ленинград, 1940
- Gürsoy-Naskali E. Türk Dünyası Gramer Terimleri Kılavuzu. Ankara, 1997.
- Rəximova A. Törek grammatikası. Türk Dilbilgisi. Qazan, 2002
- Ərəb- fars sözləri lüğəti, Bakı, Yazıçı, 1985
- Тувинско-русский словарь. Под ред. Э.Р. Тенишева. Москва: Издательство «Советская энциклопедия», 1968.
- Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962
- Узбекско-русский словарь. Ташкент, 1941
- Древнетюркский словарь. Ленинград, Наука, 1969
- Башкирско-русский словарь. Москва, 1958
- Кумыкско-русский словарь. Москва, 1969
Daxil oldu: 14.10.2024
Qəbul edildi: 25.11.2024