Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu

Noyabrın 20-21-də AMEA Folklor İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Ankara Müzik ve Güzel Sanatlar Universiteti, Erzincan Binali Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universiteti, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Kalvalı Əli Dədənin anadan olmasının 150 illiyinə həsr olunan I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu keçirilib.
“Dədə Qorqud” elmi -tədqiqat laboratoriyasının əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, Almara Vəzir qızı Nəbiyeva “Qarabağ ənənəsində qədim nəfəs alətləri: zurna, balaban, sazın yeri və rolu” və Navoyi dövlət universitetinin dissertantı, Əliyeva Fərqanə Sədaqət qızı “İslamlaşmış türk mədəniyyətində müsiqiterapiyanın fəlsəfəsi” adlı məruzələrlə çıxış ediblər.