“Dədə Qorqud irsi – xalqımızın mənəvi sərvəti” adlı tədbir keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana filialları bigə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin incilərindən biri olan “Kitabi-Dədə Qorqud” dastanının 210 illik yubileyi münasibətilə 2№-li kitabxanada filialında “Dədə Qorqud irsi – xalqımızın mənəvi sərvəti” adlı tədbir keçiriliblər.
Tədbirdə müəllimlər, tələbələr, şagirdlər, kitabxana əməkdaşları və Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Azərbaycan Ədəbiyyatı
Tarixi kafedrasının nəzdində “Dədə Qorqud” elmi- tədqiqat laboratoriyasının müdiri filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, laboratoriyanın əmkdaşları, İlhamə Babanlı, Samirə Quliyeva , Ülviyyə İbrahimova, Rəna Cavadova, Fərqanə Ağayeva, Fərqanə Əliyeva iştirak etdilər.
Çıxış edənlər qeyd etdiblər ki, 1815-ci ildə alman alimi H.F. Dits “Dədə Qorqud kitabı”nı ilk dəfə aşkara çıxarmış və nəşr etdirmişdir. Bu hadisədən 210 il ötür və həmin vaxtdan etibarən “Dədə Qorqud” dastanı yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının ortaq mədəni irsi kimi tanınmağa başlamışdır.
Tədbirdə dastanın əhəmiyyəti barədə danışılaraq vurğulandı ki, “Kitabi-Dədə Qorqud” xalqımızın tarixi yaddaşı, qəhrəmanlıq salnaməsi və milli-mənəvi dəyərlər xəzinəsidir. Əsərdəki qəhrəmanlıq motivləri, ailə bağları, vətən sevgisi və humanizm ideyaları bu gün də öz aktuallığını qorumaqdadır.
Daha sonra tədbir iştirakçıları dastandan seçilmiş parçaları səsləndiriblər. Sonda vurğulandı ki, “Kitabi-Dədə Qorqud”un 210 illik yubileyinin qeyd olunması xalqımızın köklərinə, tarixinə və milli dəyərlərinə sədaqətinin bariz nümunəsidir. Bu irsin yaşadılması və gənc nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur. Sonda “Dədə Qorqud dünyası” adlı beynəlxalq elmi jurnal tədbir iştirakmılarına təüdım edildi.