Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və filialları “Dədə Qorqud irsi-xalqımızın mənəvi sərvəti” adlı tədbir keçirib.
2 №li kitabxana filialında keçirilən “Kitabi-Dədə Qorqud” dastanının Avropada ilk nəşrinin 210 illiyi ilə əlaqədar tədbirdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” elmi – tədqiqat laboratoriyasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, laboratoriyanın əməkdaşları, 225 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, “Kitabi-Dədə Qorqud” dastanının Avropada ilk nəşrinin 210 illik yubileyinin qeyd olunması xalqımızın köklərinə, tarixinə və milli dəyərlərinə sədaqətinin bariz nümunəsidir. Bu irsin yaşadılması və gənc nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur.
Sonda tədbir iştirakçıları dastandan seçilmiş parçaları səsləndiriblər.





