“Dədə-Qorqud dünyası” adlı beynəlxalq elmi jurnala məqalə qəbulu
Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində fəaliyyət göstərən “Dədə-Qorqud dünyası” adlı beynəlxalq elmi jurnalın tərtib olunma qaydaları:
Jurnalın istiqamətləri:
Foklorşünaslıq
Ədəbiyyatşünaslıq
Dil və nəzəri məsələlər
Etnoqrafiya
Məqalənin tərtibinə aşağıdakı tələblər qoyulur:
- Məqalə formatı:Məqalə A4 formatında, 14 ölçüdə, 1,5 sətirarası məsafə ilə Times New Roman şriftlə yazılmalı, səhifənin aşağı, yuxarı, sağ-sol tərəflərində 2 sm boş məsafə buraxılmalıdır.
- Məqalənin həcmi:7-25 səhifə arası olmalıdır.
- Müəllif: Müəllifin adı və soyadı (məs.:Arif Muradov), çalışdığı müəssisənin adı tam şəkildə, elmi dərəcəsi, ORCID ID-si, elektron poçt ünvanı və telefon nömrəsi məqalənin başlığından əvvəl sağ tərəfdə yazılmalıdır. Təhsilini davam etdirən müəllif, təhsil pilləsinə uyğun olaraq, bakalavriat, magistrant və ya doktorant olduğunu qeyd etməlidir. Hazırda təhsil almayan və çalışmayan müəllif yalnız yaşadığı şəhər və ölkə adını qeyd etməlidir.
- Xülasə: 150-250 sözdən ibarət olmaqla Azərbaycan, rus və ingilis dillərində yazılmalıdır.
- Açar sözlər:5 sözdən az olmayaraq Azərbaycan, rus və ingilis dillərində yazılmalıdır.
- Giriş
- Tədqiqat
- Nəticə
- Ədəbiyyat: Ədəbiyyat siyahısı 12 mənbədən çox olmaqla əlifba sırası ilə yazılmalıdır. Məqalədə istinad olunan mənbələr Azərbaycan və ingilis dillərindədirsə, həmin dillərdə yazılmalı, digər dillərdə olarsa, latın qrafikasına transliterasiya edilməlidir.
- Kitaba istinad:Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində kitabın nəşr ili, adı (kursivlə) və nəşriyyatın adı ardıcıllıqla qeyd olunmalıdır. Nümunə:Alışanov,Ş.(2013). Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi.
- Jurnala istinad: Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, adı, jurnalın adı (kursivlə), cild (nömrə), səhifə aralığı və məqalənin DOI kodu varsa, ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: İsayeva, S. (2022). Müasir ingilis dilində modallıq kateqoriyasının aspektləri. Dədə Qorqud dünyası, 16(5), 12-16.
- https://doi.org/10.36719/2663-4619/78/12-16
- İnternet resursuna istinad:Müəllifin soyadı, adının baş hərfi, mötərizə içində məqalənin nəşr ili, gün, ay, məqalə adı (kursivlə), veb-sayt adı və URL ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: Məhərrəmova, X. (2021, 20 mart). Ümumi dilçilik və Azərbaycan dilçiliyində üslub və üslubiyyat məsələləri. Dqd. https://dqd.az?newsid=1264
- Tərtibçi müəllif tərəfindən hazırlanan kitaba istinad:Tərtibçinin soyadı, adının baş hərfi, mötərizə içində “tərtibçi” sözü, nəşr ili, kitabın adı (kursivlə) və nəşriyyat adı ardıcıllıqla qeyd olunmalıdır. Nümunə: İbrahimov, M. (tərtibçi). (2009). Cənubi Azərbaycan ədəbiyyatı tarixi (XIX-XX əsrlər). Nurlar.
- Məqalə daxilində istinadlar iki formada yazılmalıdır: mənbəyə ümumi olaraq istinad edilərsə, səhifə nömrəsi göstərilmədən (məs.: Muradov, 2024), xüsusi olaraq bir səhifəyə istinad edilərsə, səhifə nömrəsi göstərilməklə (məs.: Muradov, 2024, s. 12).
Məqalə çapı ödənişlidir (25.05.2025 məqalə qəbulunun son günüdür)
Əlavə məlumat üçün:
E-mail: dedeqorqud.dunyasi@gmail.com
Əlaqə telefonu: +994702251869; +994125390929