Əziz dostlar, dəyərli həmkarlar 29 dekabr 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının nəznində fəaliyyət göstərən “Dədə Qorqud” ETL-nin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi. “Dədə Qorqud 1325” adı altında təqdim olunan bu konfransda 80-dən, çox tezis ilə müraciət olunmuşdur ki, bu tezislər bütün humanitar fənnləri əhatə edir. Adından da göründüyü kimi konfrans “Kitabi-Dədə Qorqud” dastanlarının 1325 illiyinə həsr olunmuşdur. Onu da qeyd edək ki, “Dədə Qorqud” ETL-si Ümumilli liderimiz Heydər Əliyev tərəfindən dastanın 1300 illiyinin yubileyi münasibəti ilə yaradılmışdır. Laboratoriya artıq 25 ildir ki, fəaliyyət göstərir.
Belə ki, laboratoriyanın əməkdaşları tərəfindən 2010-cu ildə “Dədə Qorqud dünyası” adlı beynəlxalq elmi jurnal çap olundu. Jurnalın I-ci cildi 2010-cu ildə, II-ci cildi isə 2012-ci ildə təqdim olundu. 2021-ci ildən etibarən hər il jurnalın 2 sayı dərc olunur və artıq IX-cu sayı çapdadır. Onu da qeyd edək ki, dövrün tələblərinə uyğun olaraq jurnalın saytı, DOİ-si, İSSN-i var. Təbii ki, fəaliyyətlərimiz bununla bitməyəcək, “Dədə Qorqud dünyası” beynəlxalq elmi jurnalı daha yüksək mərtəbələrə ucalacaq və biz də “Dədə Qorqud” ETL əməkdaşları olaraq bunun üçün böyük səylə çalışacağıq.