“Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının “Kitabi-Dədə Qorqud” dastanlarında oğuz-səlcuqların izləri

  (05.03.2025)

BDU-nun Filologiya fakültəsinin “Dədə Qorqud” ETL-də “Kitabi-Dədə Qorqud” dastanlarında oğuz-səlcuqların izləri adlı elmi seminar keçirilib. Elmi seminarı giriş sözü ilə açan “Dədə Qorqud” ETL-in müdiri Almara Nəbiyeva laboratoriya tərəfindən təşkil olunan elmi seminarların mövzusunun əhəmiyyətindən və aktuallığından söz açıb. “Kitabi-Dədə Qorqud”-Azərbaycanın ən qədim abidələrindən biri hesab olunur. Bu dastanların  mərkəzi süjet xəttini Vətənin və xalqın qorunması, əxlaqi kodekslər təşkil edir. “Kitabi-Dədə Qorqud” ozanların epik hekayələrindən və nəğmələrindən ibarətdir. Bu boylar “Oğuz-namə” fərqli zamanda və müxtəlif ozanlar tərəfindən Orta Asiya, Azərbaycan və Kiçik Asiya ərazilərində qələmə alınmışdır. Qorqud atanın və Salor Qazanın yaşadığı zaman IX-X ə. Peyğəmbər s.a.s. in yaşadığı dövrdən 300 il sonra hesab edilir.

Seminarın əsas məruzəçisi professor adil Babayev çıxış edərək bildirdi ki, “Dədə Qorqud” dastanları zamanımıza qədər gəlib çatan yeganə yazılı (ana dilində) türklərin eposudur. VIII əsrin sonlarında oğuzlar (tokuz-quzlar, uzlar, quzlar) türk xalqlarının konqlomeratı Sırdarya ərazilərinin aşağı axarlarına və Aral gölü ərazisinə cənubi Sibirdən, Xəzər dənizinə qədər hərəkət etmişdilər. Oğuzlar vahid dil qrupuna və tərkibə malik deyildilər.  Orta Asiyada oğuz qəbilələri başqa türk qəbilələri ilə, fars dilli xalqlarla, qərbdə isə xəzərlərlə və Volqa bulqarları ilə qarışaraq X əsrdə dirçəldilər. Bu hadisənin nəticəsi olaraq şimali türkmənlərin və Qazaxstanın cənubi-qərbi “quz çölləri” (dəşti quzan) adını almışdır. X-XI əsrlərin oğuz dili fonetik, qrammatik və leksik göstəricilərə görə qıpçaq dilinə yaxın idi (bu fakt M.Qaşqarinin “Lüğəti” və polovesk “Codex Cumanicux” da vurğulanmışdır).  Bu dövr  qəbilələr arası münaqişələr nəticəsində Səlcuq başçılığı altında bir qrup İslamla müşərrəflənərək XI ə. Qafqazın qərbində, İranda və kiçik orta Asiyada müasir azərbaycanlıların və türklərin etnik fundamentini qoymuşdur. Digər  bir hissəsi isə orta Asiyada qalaraq türkmənlərin və müəyyən anlamda özbəklərin etnik subtratı rolu oynamışdır. Araşdırmalar məhz bu dövrdəki hadisələrin “Kitabi-Dədə Qorqud” dastanlarına daxil olunduğunu göstərir.

XI əsrin birinci yarısında oğuzların çox hissəsi Səlcuqların başçılığı altında İranı, Qafqazın cənub hissəsini və bütün kiçik Asiyanı işğal etmişdilər. Eposda əsas hadisələr (Dərbənddə, Bərdədə, Gəncədə, Qarabağda, Dərəşamda, Əlincədə, Şərurda (eposda-“Şörügüz”), Göycə gölünün ətrafında (eposda-“Gökçə-dəniz”), Qaraçuq dağında, Şabran ətrafında (eposda-“Şabəran”) və s. Azərbaycan torpaqlarında baş verir. Əsas qəhrəman Bayat boyundan çıxmış  Dədə Qorqud boy boylayır, soy soylayır, oğuz xalqının müşkülünü həll edir və gələcəyə dair müdrük məsləhətlər verir. 1077-ci ildə Kiçik Asiya ərazisində paytaxtı Konyada olan Səlcuqlar dövləti qurulur. Beləliklə “Kitabi-Dədə Qorqud” dastanlarında qədim türk xalqlarının əfsanəvi tarixi və türklərin qüdrətinin kiçik Asiyaya yayılması, habelə onların Bizans ilə əlaqələrindən bəhs edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanları oğuznamə kimi tanınır. Qədim oğuzların dövlətçiliyi 24 sancaqdan, onlar isə qəbilə və icmadan ibarət olub. “Qazılıq Qoca oğlu yenək” boyunda Yenək Bayandur xandan atasını xilas etməyini istəyir. Bayandur xan isə 24 sancaq bəylərini çağırır.  Oğuzların xanlar xanı Bayandur xan ildə 1 dəfə oğuz bəylərini danışıq üçün çağırırmış. Həmçinin 300 il eramızdan öncə qurulan Hun dövləti oğuzların dövləti olmuşdur. 2 qəbilə təsisçisi kimi tanınan Mete (Mao Tun) Bayandur xan ilə prototipdirlər, həmçinin oğuz xalqının “Oğuz xaqan” poemasındaki, əhvalatlar Mao Tunun dövrlərindəki əhvalatlarla identikdir, oxşardır. Dastanın mərkəzi qəhrəmanı olan Dədə Qorqud bayat boyundandandır, oğuzların problemlərinə məlhəm olmasına çalışırdı (boy boylar, soy soylar.

Seminarın digər məruzəçisi Əliyeva Fərqanə öz çıxışında bildirdi ki, “Dədə Qorqud” dastanlarında adları unudulmuş bir sıra oğuz bəylərinin 30 il bundan əvvəl türk araşdırmaçıları tərəfindən aşkar edilmişdir. Alimlərin ən çox diqqətini çəkən əsərlərdən biri müəllif Yazıcı oğlu Əlinin «Səlcuqların kitabı» ndaki (XV) hissədə qeyd edilmişdir. Bu kitab oğuz və oğuzların tərifi ilə başlayır. Burada Bayandur xan, Salur-Qazan və Qorqud, həmçinin Osmanın sələfləri (əmir Süleyman, I Bayazidin oğlu) qeyd edilmişdir. Həmçinin xana xeyir-dualarda atalar sözlərini, Qorqudun deyimlərini xatırladır və sonluqda oğuz ərənin tərifi əsir düşən Qazan bəyin, bu iki kitab arasındaki, tekstual yaxınlığı ilə sezilir. Buradaki hissənin mərkəzi xətti oğuz alplarının siyahısı, qısa ənənəvi formada onların qəhrəmanlığı haqqında məlumat verilir. Əsas qəhrmanlar: Basat, Barı bəy, Bəyburanın oğlu, Qan-Turalı, Qanlı Qocanın oğlu, Toğrul sultan, Tokuş Qocanın oğlu qızıl körpünü tikir və Əzrail ilə güləşir. Bu Domrulun boyunu əvəz edən boydur bə məşhur ilk Səlcuq sultanının  (XI) şəcərəsindən olan Aruz idi. O biri oğuz alplarından Aruz bəy  (Əmən bəy  Ucunun oğlu), Qara-Günə, Qazan bəyin qardaşı, Dəli Dündar bəy, Qiyan Səlcuq oğlu, Əlp Rüstəm Düzənin oğlu, Okçu Qazan, Əksək Qocanın oğlu.

Bu dövrə “Salor Qazanın evinin yağmalanması” aid edilir. Qəbilələr arası toqquşmalar, yarıtarixi dış oğuzun üsyanı, Aruz və Beyrəyin adları ilə bağlıdır. Orta Asiyada və dünya ədəbiyyatında geniş yayılmış nağıl süjetini “Basatın Təpəgözü öldürdüyü” boyunda sezmək olur. Burada bizə çatmayan Qara-Günə oğlu Qara-Budağın, Salor-Qazanın qardaşı oğlunun silahlı qıpçak çarı üzərində çaldığı qələbə, Qafqazla bağlı olan və bizim dövrümüzə gəlib çatmayan Dündaz “Dəmir darvazalarının bəyi”, Gəncədə və Bərdədə sərhədçi Bəkil haqqında, həmçinin Qıyan-Səlcuq (Dündazın atası), Qəflət-qocanın oğlu, Rüstəm Əmran və s. Bayandur xanın adı oğuzların “xanlar xanı” adlandırılması Bayandurun aid olduğu obanın yüksəlməsi, yəni ondan türkmən “Ağ qoyunlu” şəcərəsinin törəməsi, Salor boyundan Qazan igidin də  Bayandur xanın kürəkəni haqqında hekayə və faktları  buraya aid etmək olar. Əslində tarixə nəzər yetirsək görərik ki, “Ağ qoyunluların” Anadolunun şərgində, Qafqazda siyasi-hərbi hegemoniya dövründə, “Kitabi-Dədə Qorqud” u qələmə alan bu yazara oğuz epik deyimləri şifahi-poetik formada gəlib çatmışdır. Bayburtun XIV ə. Oğuzlar tərəfindən alınması, Bayandur şəcərəsinin banisi əmir Turalının Trabzona səfəri (1348) və  onun oğlu Qutlu- bəyin Trabzon şahzadəsinə evliliyi (1351) bunu deməyə əsas verir.

Yeni tarixi və ictimai şəraitdə qədim boylar kökənli bədii dəyişimə məruz qalır. Məsələn: “Salor Qazanın evinin yağmalanması”, “Bamsı-Beyrək boyu” burada ki, dəyişimlər təkcə yeni  tarixi-coğrafi lokallaşma ilə deyil, həm də Qacarın obrazı “Bamsı-Beyrək” ilə identifikasiya olunması ictimai dünyagörüşündə əks edilir. Bu dövrdə feodallaşma və İslamlaşma prosesi oğuz eposunun son yazılı formasının versiyasının redaktə edilməsində müstəsna yer almışdır. Günümüzə gəlib çatan XII boy məhz bu dövrə aid edilir. Bu həmçinin osmanlıların oğuz xalqının tarixi-əfsanəvi keçmişinə olan marağını göstərə bilər. Belə ki, Səlcuqlu yazıçı Yazıcı oğlu Əlinin (“Səlcuqnamə”sində) XV ə. “Oğuz-namə” hissəsi daxildir. Qorqud Atanın uydurulmuş uzaqgörməsi “Oğuznamə” və “Kitabi-Dədə Qorqud” arasındaki, bir-sıra söz ifadələrinin oxşarlığı bu iki əsərləri toplayanların bu dövrdə yaşamasına dəlalət edir. Vurğulamaq lazımdır ki, dastanların ədəbi-bədii forması dəyişməmiş qalmışdır, buradan şifahi xalq ədəbiyyatına məxsusluğu sezmək olur.  Oğuz-xan haqqında əfsanələr və hekayələr ilk olaraq məşhur tarixçi  Rəşid əd-dinin “Cami ət-tavarix”  (XIII ə.) kitabında göstərilmişdir. Bu hekayə həmçinin tarixçi Əbulqazinin “Şəcərə türk” ünə də daxil edilmişdir (1906 ildə) və Çin əlyazmalarında da  adı keçir.