“Dədə Qorqud” ETL-ın “Kitabi – Dədə Qorqud” dastanı və dialektlərimiz”

Məruzəçi : “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri fil.f.d., e.i. Nəbiyeva Almara Vəzir qızı, fil.f.d., k.e.i. İbrahimova Ülviyyə, k.e.i. Babanlı İlhamə

Xülasə: Xalqımızın qəhrəmanlıq salnaməsi olan “Kitabi-Dədə Qorqud” dastanı həm şifahi, həm də yazılı ədəbi dilimiz üçün başlanğıc hesab olunur. Məhz bu xüsusiyyətinə görə bu dastan həm dil, həm də ədəbiyyat üçün məlumat mənbəyidir. Dilçiliyin bir sahəsi olan dialektologiya məhdud bir ərazidə işlədilən dil faktlarını öyrənir. Araşdırmalara əsasən qeyd edə bilərik ki, dialektlər bəzi arxaik əlamətlərin saxlanılmasında mühüm rol oynayır. “Kitabi-Dədə Qorqud” dastanında işlənən bir çox qədim dil xüsusiyyətləri dialekt və şivələrimizdə qorunub saxlanmaqdadır. Cənub qrupuna aid olan Naxçıvan dialekt və şivələri ilə “Kitabi-Dədə Qorqud” dastanı arasında paralellik aparsaq görərik ki, istər fonetik, istər leksik, istərsə də qrammatik xüsusiyyətlərdə oxşarlıq çoxdur.

İştirak etmişdir: 11 nəfər – 4 fil.f.d, 1 fil.f.d. dos., 6 e. i.