Məruzəçi : “Dədə Qorqud”elmi tədqiqat laboratoriyasının prof.,a.e.i. Adil Babayev
Xülasə: Milli mənəviyyatımız olan “Kitabi-Dədə Qorqud” eposu təkcə öz yarandığı çağda deyil, eyni zamanda müasir dövrümüzdə də folklorumuzun ideya bünövrəsi olaraq qalır. Sovet dönəmində xalqımızın təzyiqlərə məruz qaldığı, milli düşüncə və özünüdərkdən uzaqlaşdırıldığı hər birimizə məlumudur. “Kitabi-Dədə Qorqud” dastanının milli tariximizin öyrənilməsində, milli şüurumuzun formalaşmasında danılmaz rolu vardır. Bütün siyasi təzyiqlərə baxmayaraq dastan sovet totalitarizminin, stalinizmin bütün amansız zərbələrinə sinə gərərək öz millik ruhunu və dəyərini saxlamışdır. Həmin dövrün görkəmli qələm sahibləri rus çarizminin müstəmləkəçilik siyasətinə, sovet rejiminə etiraz əlaməti olaraq doğma vətənlərini tərk edərək xaricə getmişdilər. Tərki-vətən olan istedadlı elm fədailərimiz qardaş ölkə Türkiyə, Polşa, Fransa, İsveçrə və Almaniya kimi ölkələrdə mühacir həyatı yaşamışlar. Vətəndən uzaq düşmələrinə baxmayaraq, onun ədəbiyyatını, o cümlədən folklor nümunələrini araşdırmağa davam etmiş, onlar haqqında bir çox elmi məqalələr çap etdirmişlər. Sözsüz ki, “Kitabi-Dədə Qorqud” dastanı da mühacir tədqiqatçıların diqqətindən kənarda qala bilməzdi. Bu tədqiqatçılardan biri Ə.Abiddir ki, onun haqqında yuxarıda ətraflı şəkildə məlumat verilmişdir.Daha sonra M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu, İren Melikoff kimi alimlərin araşdırmalarınıda qeyd edə bilərik.
Ümummilli liderimiz H. Əliyev Azərbaycan mədəniyyətinə, ədəbiyyatına daima yüksək dəyər vermişdir. Məhz bu dəyərin bir simvolu da “Kitabi-Dədə Qorqud” dastanının dünya səviyyəsində 1300 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 1997-ci il tarixində verilən fərmanı idi. Bu fərmanın təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün türk dünyasının ədəbi-tarixi, mədəni keçmişinin öyrənilməsində mühüm xidmətləri olmuşdur. Ümummilli liderimizin H. Əliyevin sözləri ilə desək: “Kitabi-Dədə Qorqud” dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz-türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün çox əhəmiyyətlidir”.
Sonda qeyd edək ki, bütün siyasi təzyiqlərə baxmayaraq dastan sovet totalitarizminin, stalinizmin bütün amansız zərbələrinə sinə gərərək öz millik ruhunu və dəyərini özündə qoruyub saxlamışdır.
İştirak etmişdir: 11 nəfər – 1 fil.f.d. prof.,1 fil.f.d, dos., 2 fil.f.d, elmi işçi, 2 elmi işçi, 2 maqistr.