“Dədə Qorqud – övliya,ozan,el ağsaqqalı kimi”

Məruzəçi : “Dədə Qorqud”elmi tədqiqat laboratoriyasının professoru Adil Babayev

Xülasə: Mühazirəçi burada tük xalqlarının mənşəyi və “Kitabi-Dədə Qorqud” dastanının ideoloji kontekstində ağsaqqal Dədə Qorqud obrazından danışır. O, Qorqud Atanın özünün dediyi müdrük kəlamlar və deyimlərdən istifadə etməklə qədim oğuz mənəvi dəyərini diqqətə çatdırır. “Kitabi-Dədə Qorqud” dastanı ümumtürk etika kitabı,əxlaq kodeksidir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət-bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə kimi onlarla gedir. “Kitabi-Dədə Qorqud” boylarının sonluqları və ümumi məzmunundan göründüyü kimi Qorqud ata bu oğuznamənin müəllifi kimi cıxış edir. O həm də ozandır, övliyadır, həm də el ağsaqqalıdır.

İştirak etmişdir: 15 nəfər – 1 professor, 1 dosent, 6 elmi işçi, 4 magistr