“Kitabi-Dədə Qorqud” da ismi birləşmələr

(23.05.2025)

Məruzəçi: “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının k.e.i., İlhamə Məhəmməd qızı Babanlı

Məruzənin adı: “Kitabi-Dədə Qorqud” da ismi birləşmələr.

Xülasə: Sözün söz birləşməsində və cümlədə birləşmə üsulunun , söz birləşməsi və cümlə tiplərinin öyrənilməsi qrammatikanın bir hissəsi olan sintaksisin predmetidir. Özək üzvün qrammatik və leksik mənası ilə onun asılı üzvlərlə sintaktik münasibətinin xarakteri ilə müəyyənləşən söz birləşməsinin konstruktiv xüsusiyyətləridir. İsmi birləşmələr adı altında əsas sözü adlarla və ya substantivləşmiş hər hansı bir sözlə ifadə olunan birləşmələr nəzərdə tutulur. Bu birləşmələr əsasən adlarn və müəyyən cəhətdən adlara meyl göstərən sözlərdən təşkil olunur. Morfoloji əlamətlərinə görə üç qrupa bölünmüş ismi birləşmələr məna cəhətdən də bir-birindən fərqlənir və şərti olaraq belə adlanır : I ,II və III növ ismi birləşmələr.

Bu birləşmələrin bəzən şəkli cəhətdən oxşarlığı mənaca birinin digərinin yerində işlənməsi halları da olmuşdur. Zaman keçdikcə belə oxşarlıq itmiş, şəkilçilərin yerində işlənməsi , dəqiq şəkil alması həmin birləşmələrin məna dəqiqliyinə səbəb olmuşdur. (H.Mirzazadə s.248)

V.D.Arakinin hesablanmasına görə 8-10cu əsrlərdə yazılmış Orxon-Yenisey və uyğur abidələrinin dilində 70 % I növ , 25% II növ ,5% isə III növ təyini söz birləşməsi işlənmişdir. Bu da tədqiqatçıların qeydinə görə qədim türk yazılı abidələrinin dilində yiyəlik hal şəkilçisinin çox seyrək işlənməsi ilə bağlıdır.

İştirak etmişdir: 10 nəfər –5 fil.ü.f.d, 1 k.e.i., 2 b.l.,1 l