“Kitabi- Dədə Qorqud” dastanının 3-cü əlyazmasının tədqiqi

Keçirildiyi yer: BDU, 1-ci korpus 209 ci auditoriya

Elmi seminarın gündəliyi:

Eşidildi:

A.Nəbiyeva 2019-cu il aprelin 25-də Bayburt Universitetində keçirilən  “Dədə Qorqud” simpoziumunda  türkiyəli professor Metin Ekici çıxışında “Kitabi-Dədə Qorqud”un bir başqa əlyazma nüsxəsinin tapıldığı haqqında ilk dəfə açıqlama vermişdir. Professor açıqlamasında, bu nüsxənin XIV-XVI əsrlərdə qələmə alındığını təxmin edir. Təbii ki, bu nüsxə araşdırılmalıdır. Yeni əlyazmanı “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi adlandıran alim mətnin, əsasən, söyləmələrdən və bir yeni boydan ibarət ol­du­ğunu göstərmişdir. “Boy”u “Salur Qazanın yeddibaşlı əjdahanı öldür­məsi” adlan­dıran M.Ekici onun “Kitabi-Dədə Qorqud”un 13-cü boyu olduğunu bəyan edir. Bunun əsas səbəbi əlyazmanın İranda yaşayan hazırkı sahibi Vəli Məhəmməd Xocanın mətnin, özünün dediyi kimi, nə məzmunda olduğunu anla­maq, nə kimi bir əhəmiyyətə malik olduğunu bilmək üçün İranda və Türkiyədə müx­təlif elm adam­larına (o cümlədən prof. Yusif Azmuna) müraciət etməsi idi. Əlyazmanın “Dədə Qorqud” eposu ənənələri ilə bağlılığını görən mütəxəssislər də, təbii ki, dərhal onu nəşr etdirmək, oxuculara çatdırmaq fikrinə düşdülər.

(təqdimata əlavə edilir).

Çıxışlar:

1.B. Quliyev AMEA-nın Elm Tar.nəz.və Metod.prob.şöb.müd., tar.f.d. öz çıxışında geyd etdi ki, “Kitabi Dədəm Qorqud” un “Türkmən Səhra” nüsxəsini araşdırarkən həm translitersiya, həm də qeyd və şərhlərin hazırlanmasında ilkin qaynaqllara müraciət olunmuşdur. Araşdırmanın qaynaqlarının iki qrupa ayırmaq mümkündür.

a) “Türkmən Səhra” əlyazma nüsxəsi ilə birbaşa bağlı olan qaynaqlar; b)Digər türkdilli qaynaqlar.

Qarşıya qoyulan məqsədə çatmaq üçün istifadə olunan qaynaqların birinci qrupuna eposun əlyazma nüsxələri daxildir. “Kitabi Dədəm Qorqud” un indiyə qədər sadəcə iki nüsxəsi məlum idi. Bunlardan birincisi “Drezden” nüsxəsi, ikincisi isə “Vatikan” nüsxəsi, ikincisi isə “Vatikan” nüsxəsi idi. Abidəmizin “Drezden” nüsxəsi “Kitabi Dədəm Qorqud əla lisani-tayifeyi Oğuzan” adlanır və 12 boydan ibarətdir. İkinci nüsxə-“Vatikan” nüsxəsi isə “Hekayəti-Oğuznameyi-Qazan bəg və qeyri” adlanır və Qazan xan ilə bağlı 6 boydan ibarətdir.

2019- cu ilin aprel ayında ulu abidənin üçüncü nüsxəsi- “Türkmən Səhra” nüsxəsi (bundan sonra- “T”) elm aləminə məlum oldu. Onu da vurğulamaq zəruridir ki, “Türkmən Səhra” nüsxəsi haqqında Azərbaycan elm ictimaiyyətinə ilk akademik münasibət bizim tərəfimizdən bildirilmiş və bu erlmi nəticə “Ədalət” qəzetinin 16 iyul 2019-cu il sayında dərc olunmuşdur. Lakin mövcud nüsxə haqqında daha ətraflı məlumat verilməsi və nüsxənin Azərbaycan türkcəsinə uyğun formada translitersiya etməsi zərurəti yarandı və aktual bir məsələyə cevrildi. Doğrudur, bu haqda artıq bir tədqiqat əsəri mövcuddur, lakin biz diqqət obyektinə çevirdiyimiz bu məsələni fərqli bir formada təqdim etmək niyyətindəyik. O da danılmaz faktdır ki, alternativliyin mövcud olması hər hansı bir araşdırma haqqında aydın təsəvvürlərin yaranmasına səbəb olur.

Tədqiqata cəlb etdiyimiz əlyazma İranın Türkmən Səhra bölgəsində yaşayan və zən gin əlyazmalar kitabxanası olan Vəli Məhəmməd Xocaya məxsusdur. Yusuf Azmunun iddialarına görə əlyazmanın PDF versiyası ilk dəfə ona göndərilmişdir. Bu iddianı Metin Ekici təkzib etmir. Bu da Y. Azmunun haqlı ola biləcəyi fikrinin yaranmasına gətirib çıxarır. Əliyazmanın taleyi haqqında “Dede Korkut”un üçüncü elyazması. Soylamalar ve iki yeni boy ile Türkmen Sahra nüsxası” kitabında Timur Kocaoğlunun “Ön söz” ünü oxuyaraq aydın məlumat almaq mümkündür. Bir daha vurğulamaq istərdik ki, əlyazmanın ilk kimdə olması fikri bu qədər əhəmiyyət kəsb etməməlidir. Çünki araşdırmanı dəyərli edən onun ilk dəfə və ya sonradan tədqiqata cəlb edilməsi deyil, onun elmi zənginliyi və obyektivliyidir.

2.Prof. A.Babayev (səhhəti ilə bağlı iştirak edə bilmədi).

3.Türkologiya kafedrasının müdiri, fil. f. d., prof., R. Əskərli öz çıxışında geyd etdi ki, 2019-cu il iyun ayının 27-də İstanbulda Yıldız Texniki Universitetində iştirak etdiyim bir simpoziumda Timur Qacar oğlu mənə Yusuf Azmunu bir başa mətbəədən simpoziuma gətirilən Dədə Qorqudun Üçüncü əlyazması kitabını hədiyyə etdi. Bundan iki-üç həftə keçməmiş Mətin Əkici İzmirdən Salur Qazanın Yedi başlı ejderhayı öldürmesi adlı kitabını göndərdi. Bunların hamısı çox əmək verilən və titizliklə həyata keçirilmiş nəşrlərdir. Ancaq bu əlyazmaların bizdə də oxuması və nəşr edilməsi vacibdir. Əvvəla, “Kitabi-Dədə Qorqud” oğuz yurdu oaln Azərbaycanın şah əsəri milli varlığımızın inikası, dilimizin və mədəniyyətimizin güzgüsü türkologiyanın təməl qaynaqlarından biridir. İkincisi, bu kitab ölkəmizin bütün humanitar təhsil müəssisələrində tədris və tədqiq olunur. Ona görədə yeni əlyzmanın ölkəmizdə oxunması, nəşri, tanıdılması və araşdırılması aktual və vacib məsələdir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu böyük etimad göstərərək mənə həvalə etdi. Mən də bu etimadı doğrultmaq üçün var gücümlə çalışdım. Ramiz müəllim cıxışının sonunda qeyd etdi: “Çox güman ki, “Kitabi-Dədə Qorqud” on üçüncü boyla da bitmir, on dördüncü, on beşinci və b…… boylar da var. İnanıram ki bu eposun bütün boyları elm aləminə məlum olacaq və biz “Dədə Qorqud” dastanlarını tam şəkildə tədqiq edəcəyik”.

Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması Türk Dünyasına və türkologiyaya xeyirli-uğurlu olsun!

4. İ.Babanlı cıxışında deyilənlərə öz münasibətini bildirərək qeyd etdi ki, 2019- cu ilin aprael ayında Pr.Dr. Mətin Əkici Bayburd Universitetində keçirilən simpoziumda əlyazma haqqında ilk dəfə məlumat verdi. Türkyəli alimlərdən Əhməd Ərcilasun, Əli Duymaz, Necati Demir, Timur Qoca oğlu, Yusif Asmun və başqaları, bir neçə kitab nəşr etdirdilər. Azərbaycanlı alimlərdən Kamran Qafarlı, Seyfəddin Rızasoy, onu “Dədə-Qorqud kitabı” nın üçüncü nüsxəsi kimi qəbul etdilər. Ramiz Əskər, Bayram Quliyev maraqlı yazılarla cıxış etdilər. Əsəri necə adlandırmaq barədə alimlər arasında tək fikir yoxdur. M.Əkici əlyazmanı Tüküstan, Y. Azmun “Türkmən-səhra”, B.Quliyev “Türkmən-Səhra”, başqa qrup alimlər isə “Gümbət” əlyazması adlandırmağı təklif etmişlər. Ramiz Əskər isə əlyazmanı tapılma yerinə görə Tehran əlyazması adlandırmağı daha doğru hesab edir. Əlyazmanın dili – oğuz türkcəsinin Azərbaycan dilidir. Əsər bir qəhrəmanlıq dastanıdır ki, burada oğuzlara xas olan igidlik, əsl türk ərəninin keyfiyyətlərini göstərir.

Çıxışda qoyulan prioritet məsələlər: Yeni tapılan nüsxə “Kitabi- Dədə Qorqud” un on üçüncü boyudurmu?

Tədqiqatla bağlı digər problem və üstünlüklər: “Kitabi- Dədə Qorqud” dastanının 3-cü əlyazmasının miqdarı diqər nüsxələrdən fərqli olaraq az olduğuna görə bəzi alimlər tərəfindən onu “Dədə Qorqud”un üçüncü nüsxəsi kimi qəbul etmirlər.

Nəticə: Yeni tapılmış nüsxə həqiqətən “Kitabi Dədə-Qorqud” eposunun on üçüncü boyudur. Alimlər bunu abidənin dil faktları ilə sübuta yetirirlər.

İştirak edirdi: 16 nəfər.