Keçirildiyi yer: BDU, 1-ci korpus 215 ci auditoriya
Elmi seminarın gündəliyi:
Eşidildi:
A.Nəbiyeva “Kitabi-Dədə Qorqud” dastanı dünya ədəbiyyatşünaslığında mövzusunda çıxış etdi. Qeyd etdi ki, “Kitabi Dədə-Qorqud” dastanı qəhrəmanlıq eposudur, bir cəngavərin, bir igidin deyil, bütöv bir xalqın qəhrəmanlığını özünə əks etdirən eposdur.
Bu dastan ədəbiyyatımızın tarixini, qəbilə, tayfa, adət-ənənələrini özündə əks etdirən ədəbi-mədəni məxəz olaraq dünya tədqiqatçılarının diqqət mərkəzindədir.
(təqdimata əlavə edilir).
Çıxışlar:
-
R.Cavadova “Kitabi-Dədə Qorqud” eposunun dünya şərqşünaslığında tədqiqi mövzusunda çıxış etdi. Ədəbi türk dastanı olan “Kitabi- Dədə Qorqud” müqayisəli şəkildə şərq ədəbiyyatının müxtəlif abidələri ilə qarşılaşdırılıb. Dünya şərqşünaslığında alimlərin apardığı araşdırmalar silsilə şəkildə tədqiqata cəlb olunmuşdur.
-
Əvvəlcədən təyin edilmiş məruzəçi İ.Babanlı səhəti ilə bağlı elmi seminarda iştirak edə bilmədi. Bu səbəbdən S.Quliyeva “Kitabi-Dədə Qorqud” dastanının boylarının dünya ədəbiyyatşünaslığında müqayisəli təhlili mövzusunda çıxış etdi. Məlum olduğu kimi “Kitabi- Dədə Qorqud” eposu xalqımızın qiymətli söz abidəsidir. Dastan dünya şərqşünasları və türkoloqları tərəfindən müxtəlif dövrlərdə tədqiqata cəlb edilmişdir. “Kitabi- Dədə Qorqud”un yarandığı dövrdən bizi əsrlər ayırsa da dastan öz aktuallığını qoruyub saxlamaqdadır. Dastan soy-kökümüzü, milli –mədəniyyət tariximizi özündə əks etdirir.
-
Ə.Fərqanə “Kitabi- Dədə Qorqud” dastanının antik və avropa mifologiyasında tədqiqi mövzu ilə bağlı çıxış etdi. Bildirdi ki, “Kitabi- Dədə Qorqud” türk dünyasına məxsus dastan olsa da, bütün dünya tədqiqatçıları tərəfindən araşdırılmışdır. Dünya tədqiqatçılarının (yunan, hind, slavyan, və s.) araşdırmalarına əsaslanaraq həmin xalqların folkloru ilə “Kitabi- Dədə Qorqud” arasında oxşarlığı müəyyən etmişdir.
Çıxışda qoyulan prioritet məsələlər: “Kitabi Dədə-Qorqud” dastanının dünya ədəbiyyatşünaslığında araşdırılması
Tədqiqatla bağlı digər problem və üstünlüklər: “Kitabi- Dədə Qorqud” hər dövrdə öz dünya çapında aktuallığını qoruyub saxlaması.
Nəticə: “Kitabi Dədə-Qorqud”un dünya ədəbiyyatşünaslığında tədqiqi movzüsunda keçirilən elmi seminarın nəticəsi olaraq bu qənaətə gəlmək olar ki, eposun kifayyət gədər tədqiq olunmasına baxmayaraq hər zaman bu mövzuya müraciət edilməsinə ehtiyac duyulur.
Qərar:
1. “Kitabi Dədə-Qorqud” un dünya ədəbiyyatşünaslığında tədqiqi movzüsunda keçirilən elmi seminarın nəticəsi qənaətbəxş hesab olunsun.
İştirak edirdi: 5 nəfər