“Kitabi – Dədə Qorqud dastanlarının dilində feillərin işlənmə tezliyi”

Məruzəçi : “Dədə Qorqud”elmi tədqiqat laboratoriyasının k.e.i.İlhamə Babanlı

Xülasə: Məruzəçi burada “Kitabi – Dədə Qorqud” dastanının sirli aləm olduğunu vurğulayaraq elə bu səbəbdən də dastanın həmişə bütün dilçilərin, türkoloqların diqqət mərkəzində olduğunu, tədqiqat obyektinə çevrilməsini qeyd etdi. Nitq hissələri arasında xüsusi çəkiyə malik feillərin “Kitabi – Dədə Qorqud” dastanlarında özünün zəngilliyi və qədimliyi ilə seçiləməsini və zaman-zaman feillərin tərkibində dəyişikliklərin getməsinin nəticəsində bəzi kök feillərə leksik şəkilçilər qoşularaq yeni sözlər yaranmasını, bəzi feillərin daşlaşmış şəkildə digər nitq hissələrinin kökündə qalmasını, bəzilərinin isə uzun müddət bədii üslubda işlənilməsini və hətta arxaikləşərək dilin passiv fonduna keçməsindən bununla yanaşı dastanda işlənən feillərinin müəyyən hissəsinin heç bir dəyişikliyə uğramadan dövrümüzə gədər gəlib çıxmasından bəhs etmişdir.

İştirak etmişdir: 10 nəfər – 1 fil.f.d. prof.,1 fil.f.d, dos., 3 fil.f.d, elmi işçi, Respublikanın əməkdar müəllimi, 2 elmi işçi, 1 maqistr