Məruzəçi: “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının prof.,fil.f.d., b.e.i. Babayev Adil Məhəmməd oğlu, ETL-ın müdiri, fil.ü.f.d., e.i. Nəbiyeva Almara Vəzir qızı, fil.ü.f.d., k.e.i. İbrahimova Ülviyyə, k.e.i. Əzimova Aidə Akif qızı, Ağayeva Fərqanə Məhəddin qızı və “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-ın dos.,fil.f.d., b.e.i.Hüseynova Nəzakət, fil.ü.f.d., e.i. Quliyeva Mehin, fil.ü.f.d., k. e. i. Ağamalıyeva Təranə
Məruzənin adı: “Kitabi-Dədə Qorqud” eposunda xalqın milli ruhunun və dilinin təcəssümü
Xülasə: Etnik düşüncəsinin ən mükəmməl qaynaqları sırasında “Kitabi-Dədə Qorqud” eposu müstəsna imkanlıqla səciyyələnir. Epos məfkurəsindən gələnlər, toplumun etnoqrafik zənginliyi, istimai-siyasi, tarixi-mədəni müstəvidə müəyyənləşmiş kutsal sistemi bütün parametrlərdə milli ruh, dil və mədəniyyət təsəvvürünə bağlanır. Xalqın canlı tarixi kimi səciyyələnən “Dədə Qorqud” eposu həm də milli kimlik göstəricisidir. Ayrı-ayrı boylar, eləcə də doy daxilindəki epizodlar, dastan müqəddiməsi etnosu ifadə baxımından bir əvəzsizliyi özündə ehtiva edir. Hadisə və əhvalatların təqdim üsulları, sözün məna yaddaşı, mətn fenomenliyi baxımından ilahi bir simmetriyanı diqqət önünə gətirir. Oğuz tayfalarının qıpçaqlar və oğuzlar timsalında işarələdiyi müəyyənli, məsələn, qıpçaqlara “onlar”, oğuzlara isə “biz” deyimi toplum səviyyəsində normativlərin gedişini və ümumi sistemini açıqlayır. “Dədə Qorqud” dastanı özlüyündə milli kimliyin ən mükəmməl modelidir. Dastanda müxtəlif aspektlərdə özünü göstərən zənginliyi, etnoqrafik rəngarənglikdən onu ifadə modellərinə qədər olanlar bunun göstəricisidir. Ailə institutu və oradakı kutsal davranış sistemi məsələn, atanın və ananın ailədə olan ali mövqeyi, ər-arvad, ata-oğul, ana-övlad münasibətləri və s. etnik kimliyin ən bariz nümunəsi olaraq örnək funksiyasını yerinə yetirir. Bütün bunlar “Kitabi-Dədə Qorqud” dastanlarının milli kimlik və dil zənginliyi baxımından daha sistemli təhlillərin aparılmasını aktuallaşdırır.
Y.Balasaqunlu deyirdi ki, gözəlliyin meyarı gözdür, ağılın meyarı sözdür/ Ö.F. Nemanzadə: “Milliyinin tək nişanı dildir”. Uşinski: “Bir millətə hər şeyini ver, dilini al, o öləcək, bir millətin hər şeyini al, dili qalsın, o inkişaf edəcək, öz ədəbiyyatını yaradacaq”.
Dədə Qorqud Mühəmməd peyğəmbərin düşüncə intervalı deyil, ondan qabaqkı dövrdür ki, biz fəxr edə bilərik ki, milli ruhumuz, milli dilimiz o vaxtdan formalaşıb, lakin uzun müddət farsların təsiri altında olub. Farsların təsiri altında islamı qəbul etdikdən sonra, farslar Avropa mədəniyyətini bizdən tez götürdülər, bizdən də tez irəli getdilər və öz dillərini bizim dilimizin qarşısına ilişdirdilər. Şairləri bizi təhqir etmiş, Alp ər Tonqalını Əfrasiyab adı ilə təhqir etmişdir. Bununla belə, dilimiz öz varlığını qoruyub saxlamış və ondan üstün olduğunu göstərə bilmişdir. Necə ki, Firdovsi ərəb dilinin təsiri altından fars dilini xilas etdi, eləcə də bizim dilimizi də Nəsimi ilə Füzuli fars dilinin altından çəkib göstərdi ki, mənim şeir dilim, fars dilidir, mübahisə dilim ərəb dilidir, doğma dilim-ana dilim türk dilidir.
İştirak etmişdir: 12 nəfər – 1 prof.,4 fil.ü.f.d, 1 fil.ü.f.d. dos., 1 k.e.i., 1 b.l.,1 l., 3 magistr