“Kitabi-Dədə Qorqud” un nəşri,tədqiq tarixi”

Məruzəçi: “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının ETL-ın müdiri, fil.ü.f.d., e.i. Nəbiyeva Almara Vəzir qızı, k.e.i. Əzimova Aidə Yaşar qızı və Cavadova Rəna Tofiq qızı

Məruzənin adı: “Kitabi-Dədə Qorqud” un nəşri, tədqiqi tarixi”

Xülasə: Hər bir xalqın qədimliyini, tarixi keçmişini təsdiqləyən ən önəmli faktor onun ədəbiyyatı, mədəniyyəti və incəsənətididir. “Kitabi-Dədə Qorqud” dastanı bu baxımdan çox mühüm əhəmiyyətə malik olan folkor nümunəsidir.  Eposu İlk dəfə elm aləminə tanıtdıran Henrix Fridrix fon Dits olmuş, o, bir müqəddimə və 12 boyu alman dilinə tərcümə etmişdir. Bundan sonra dastana beynəlxalq arenada maraq artmış, geniş tədqiqatlar aparılmışdır. Sonralar dastanın dili üzərində Əbdüləzəl Dəmirçizadə tədqiqat işi aparmış, müxtəlif elmi məcmuələr çap etdirilmişdir. Əli Sultanlının “Dədə Qorqud dastanları haqqında qeydlər” adlı toplusunu çap etdirmişdir. Epos eyni zamanda türk tədqiqatçılarının da maraq dairəsinə çevrilmiş F.Köpürlüzadə, Orxan Şaiq Gökyay, Suat Hezarçı, Orta Asiyada B.A.Karrıyev, Q.Zərifovun və başqalarının tədqiqat obyektinə çevrilmişdir. Araşdırmalarda dastanın yarandığı yer, strukturu, dil, üslub xüsusiyyətləri və s. barədə orijinal fikirlər irəli sürülmüşdür. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanda keçən yüzilliyin 30-cu illərindən tədqiq olunmağa başlamışdır. Ancaq təəssüf ki, az sonra onun tədqiqinə yasaq qoyulmuşdur. Dastan Azərbaycan K(b)P-nin 1951-ci ilin may ayında keçirilən XVIII qurultayında şiddətli tənqid çevrilmiş,“başdan-başa soyğunçuluq və qırğın məqsədilə Azərbaycana gələn obyektinə Oğuz köçəri tayfalarının hakim yuxarı təbəqəsini tərifləməyə həsr edilmiş”, “millətçilik zəhəri ilə dolu”, “müsəlman olmayan başqa xalqlara, əsasən, gürcü və erməni xalqlarına qarşı yazılmış” kitab kimi xarakterizə edilmişdir. Bundan sonra tədqiqinə bir neçə il ciddi yasaq qoyulmuşdur .Ümummilli lider Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda siyasi hakimiyyətə gəlişindən sonra mədəniyyətimizin bütün sahələri kimi, “Kitabi-Dədə Qorqud” dastanına, onun genişmiqyaslı, dərindən, hərtərəfli tədqiqinə də diqqət artırılmışdır.1999-cu ildə Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən “Kitabi-Dədə Qorqud “dastanın 1300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Daha sonra dastan haqqında ensiklopediyanın hazırlanması, dastanın latın qrafikasıyla yenidən nəşr edilməsi kimi məqamlar dastana verilən dəyərin bariz nümunəsi idi.

İştirak etmişdir: 12 nəfər –5 fil.ü.f.d, 1 k.e.i., 3 b.l.,1 l., 2 magistr