https://doi.org/10.36719/2791-3732/9/60-64
Səma Məmmədli
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi
syamammadli088@gmail.com
Xülasə
Qadınlar bəşəriyyətin dayaq sütunudur, ailənin gücü və inkişafında əsas rol oynayır. Məqalədə qadının ailə içindəki əhəmiyyəti, onun fədakarlığı, cəsarəti və ailə üzvlərinə olan bağlılığı vurğulanır. Qadınların fədakarlığı adətən gözardı edilir, lakin onlar ev işlərini idarə etmək, uşaqlara qayğı göstərmək və bəzən eyni zamanda işləmək kimi çətinliklərlə qarşılaşırlar. Ailə quruluşunda qadınların əsas rolu Dədə Qorqud dastanında da öz əksini tapıb. Burada qadınlar yalnız ev işləri ilə məşğul olmamış, döyüşlərdə də iştirak etmişlər. Qadınların tövsiyələrinə və fikirlərinə hörmət edilib, ailə problemləri onların müdrikliyi ilə həll olunub. Qadın həm də ana obrazıdır. “Cənnət anaların ayaqları altındadır” kimi ifadələr qadının əhəmiyyətini göstərir. Analığın təbiətindəki fədakarlıq heç vaxt dəyişməyib. Qadınlar öz övladları üçün hər cür çətinliyə sinə gərərək onlara həyat verməyə çalışırlar. Məqalədə Dədə Qorqud dastanından misallar gətirilir. Həyat yoldaşına, övladına olan sevgisi ilə qadınlar böyük fədakarlıq göstərir. Dirsə xanın xanımının göstərdiyi qəhrəmanlıq, Burla Xatunun döyüşçü rolu qadınların gücünü və dözümünü nümayiş etdirir. Qadınlar ailə içində, cəmiyyətdə güc və şəfqəti simvollaşdırır. Onlar həm də döyüşçü ruhları ilə tanınır. Bu cür qadın obrazları, “Dədə Qorqud” dastanında olduğu kimi, hər dövrün qadınlarının həyatını və mübarizələrini təsvir edir. Nəticə olaraq, qadınların əhəmiyyətini dərk etmək, onların hüquqlarına və haqlarına daha çox dəyər vermək cəmiyyətin inkişafı üçün vacibdir. Qadınların həyatda, ailədə və cəmiyyətdəki rolunu tanımaq və onlara dəyər vermək lazımdır.
Açar sözlər: qadın, ana, ailə, fədakarlıq, “Dədə Qorqud”, həyat yoldaşı, döyüşçü qadın, cəsarət,
qadın hüquqları, sevgi
Sama Mammadli
Turkay Dayanat Vaqfi Baku Turkish liseum
syamammadli088@gmail.com
A WOMAN IS THE MOTHER OF HUMANITY
Abstract
Women are the pillars of humanity; they play a key role in the strength and development of the family. The article emphasizes the importance of a woman in the family, her dedication, courage and commitment to family members. Women’s sacrifices are often overlooked, but they face the challenges of managing household chores, caring for children, and sometimes working at the same time. The main role of women in the family structure is also reflected in the Dede Korkut saga. Here, women were not only engaged in housework but also participated in battles. Women’s advice and opinions were respected, and family problems were solved with their wisdom. A woman is also a mother figure. Expressions like “Heaven is under the feet of mothers” show the importance of women. The sacrifice in the nature of motherhood has never changed. Women try to give life to their children by facing all kinds of difficulties. The article gives examples from the Dede Korkut saga. With their love for their husbands and children, women make great sacrifices. The heroism shown by Dirsa Khan’s wife and the warrior role of Burla Khatun demonstrates the strength and endurance of women. A woman’s role in the family and her warrior spirit are often overlooked. However, the article highlights how women are doing great things as both mothers and warriors. Women symbolize strength and compassion in the family and in society. They are also known for their warrior spirits. Such female characters depict the lives and struggle of women of all times, as in the Dede Korkut saga. In conclusion, realizing the importance of women and giving more value to their rights and rights is important for the development of society. The role of women in life, family and society should be recognized and valued.
Keywords: woman, mother, family, sacrifice, ‘Dede Korkut’, wife, warrior woman, courage, women’s rights, love
Giriş
Ailəni ayaqda tutan kimdir?
Hər dəfə soruşulsa, cavabımın heç vaxt dəyişməyəcəyi suallardan biri də budur. Hər zaman “Ailəni ayaqda tutan qadındır” deyərəm. Qadınların ailəsi üçün etdiyi fədakarlıqlar çox zaman gözardı edilir. Halbuki ev işlərini öhdəliyinə götürən, uşaqlara baxan qadınlardır. İndiki dövrlərdə bu çətinliklərə baxmayaraq işləyən qadınlar çoxdur. Bu səbəbdən “evin dirəyi kişidir” deyimi və ya ayrı-seçkiliyə yol açan hər hansı bir fikir məncə doğru deyil. İnsan qruplaşması, nə etsək də, hər zaman mövcud olacaq bir şeydir. Və “Dədə Qorqud” dastanında da qadınların qruplaşması yer alır:
- Solduran soy (nəsli solduran)
- Dolduran toy (yiyən top)
- Evin dayağı (dirəyi)
- Nə qədər desən bayağı (əvvəlki kimidir)
Burada aparılan qadın bölgüsündən də anlaşıldığı kimi, əslində evi ayaqda tutan qadındır. Qədim dövrlərdə kişilər döyüşür, qadınlar sadəcə uşaqla və evlə məşğul olurdu fikrini “Dədə Qorqud” dastanı da yalanlayır. Qadınlar da kişilərdən fərqlənmədən ox atır, ova çıxır, düşmənə qarşı döyüşürdülər. Qadının fikrinə, tövsiyəsinə önəm verilirdi. Başları nə vaxt darılsa, ailə böyüklərindən, Dədə Qorquddan, qadınlardan məsləhət alırdılar. Hər zaman da problem həll olunurdu.
Qadın həm də anadır;
“Cənnət anaların ayaqları altındadır.” Hz. Məhəmməd (s.ə.s.). Hər qadın, övladı olsa da, olmasa da bir anadır. Mənim fikrimcə, bütün dövrlərdə anaların övladlarına olan qayğısı atalara nisbətən daha çoxdur. O vaxt kişilərin düşündükləri nəsillərinin davam etməsi, oğul övladlarının ad qazanması idi. Amma heç vaxt dəyişməyən bir şey isə qadınların sadəcə ana olmaq arzusu idi. Dastanda da deyildiyi kimi, “Ana haqqı Tanrı haqqıdır.” Nə edirsən et, bu haqqı ödəmək mümkün deyil.
Dastanda adı keçən, bir müddət övlad həsrəti çəkmiş, övladı üçün ərini qarşısına alan fədakar analardan biri də Dirsə Xanın həyat yoldaşı olmuşdur. Qamqanın oğlu Bayandır Xanın dəvətində qara otaqda oturdulur və digərləri tərəfindən təhqir edilir. Evə gəldikdə isə Dirsə xan sanki günahkar xanımıymış kimi ona bağırır. Xanımı isə ona “ac görsə doyur, borcu olanı borcdan qurtar, çılpaq olanı geyindir” deyə tövsiyə edir. Və Allah onlara bir övlad nəsib edir. Qadının verdiyi tövsiyələrdən, ağıllı nəsihətdən birini burada görmüş olduq.
Dirsə xan qırx igidin dediyi bircə sözə inanır və oğlunu öldürməyə çalışır. Niyə? Oğlunun ayıbını örtüb deməsinlər deyə. Halbuki bu sözlərin doğru olub-olmadığını araşdırmadan, heç kimin olmadığı bir yerdə oğlunu ölümə tərk edib evinə dönür. Amma xanımı, Dirsə xanın tək gəldiyini görən kimi Boğaçı soruşur. Dağa-daşa çıxıb oğlunu tapır, dağ çiçəyi toplayıb məlhəm hazırlayır və övladını sağaldır. Bütün bunları yoldaşından xəbərsiz edir.
Mən “yoldaşını qarşısına alan” dedikdə məhz bunu nəzərdə tutmuşdum. O dövrdə qadının yoldaşından xəbərsiz bir iş görməsinin nə qədər çətin olduğunu nəzərə alsaq, Dirsə xanın böyük bir cəsarət göstərmişdir. Əgər bir qadın anadırsa, övladına zərər gəlməsin deyə ağlınıza gələn hər cür təhlükəni gözə alar. Uşaqları bir dəqiqə çox yaşasın deyə öz ömründən illər verir. Onları boya-başa çatdırmaq üçün bütün həyatınlarını övladlarına həsr edirlər. Daha sonra Dirsə xanın başı bəlaya girir. Oğlu kömək etmək istəməsə də, anası onu razı salır. Nəticədə Dirsə xan xilas olur. Ola bilsin ki, xanımı oğlunu razı salmasaydı, Dirsə xan xilas olmayacaqdı. Beləliklə uşağı olmur deyə Bayandır xanın dəvətindən dönüb hirsləndiyi, küsdüyü, günahlandırdığı xanımı onu xilas etmiş oldu.
Dədə Qorqud Hekayələrində Həyat Yoldaşı
Dastanda sadiq, ailəsinə bağlı, namuslu həyat yoldaşları təsvir edilir. Həyat yoldaşları vəfat etdikdən, əsir götürüldükdən sonra belə başqasını sevib evlənmirlər. Bəzi sözlər var ki, demək asandır, amma həyata keçirmək çətindir. Sadiqlik kimi. Sadiq həyat yoldaşlarından danışarkən ilk ağla gələn adlardan biri də Banu Çiçəkdir.
Beyrək və Banu Çiçək beşik kərtmələridirlər. Beyrək ov zamanı təsadüfən Banu Çiçəyin çadırına gəlir. Lakin Banu Çiçək əvvəlcə özünü mürəbbiyə kimi tanıdır. Beyrəyin igidliyini, gücünü sınağa çəkir, evlənəcəyi şəxsin necə bir cəsur olduğunu görmək istəyir. O dövrlərdə hər qadın həyat yoldaşının ən yaxşı döyüşən, gücü ilə ad qazanan cəsur olmasını istəyərdi. Evlilikdə də qadınlar, söz hüquqlarına sahib idilər.
Birlikdə ox atırlar, güləşirlər, amma sonunda Beyrək qalib gəlir. Qız daha sonra özünün Banu Çiçək olduğunu deyir. Bir müddət sonra evlənmə qərarı alırlar, amma evlənəcəkləri gecə Beyrəyin bəylik çadırına hücum edib onu əsir aparırlar. Banu Çiçək tam on altı il onu gözləyir, yas tutur. Qardaşının verdiyi “Kim Beyrəyin ölüm xəbərini gətirərsə, bacımı ona verəcəyəm” sözləri üzündən Yalancı oğlu Yalıncıq ilə nişanlanmaq məcburiyyətində qalır. Lakin Beyrək sağ-salamat geri qayıdır və evlənirlər. Banu Çiçək on altı il Beyrəyi gözləyir, üzüyünü çıxarmır, başqası ilə nişanlansa da Beyrəyi unuda bilmir.
Göründüyü kimi qadınların fədakarlığı yalnız övladları üçün deyil. Həyat yoldaşına bağlı, onu sevən, canını belə verməyə hazır qadınlardan biri də Dəli Domrulun xanımıdır. Dəli Domrul Əzrailə qarşı Allah tərəfindən xoş qarşılanmayan sözlər söyləyir, Allah onun işinə qarışdığı, sorguladığı üçün cəzalandırır. Əzrailə Dəli Domrulun gözünə görünməsini deyir. Yetərincə peşman olan Dəli Domrul Allaha onun bağışlaması üçün yalvarır. Allah da bir can qarşılığında onu bağışlayacağını bildirir. Dəli Domrul özünün canını verəcəyini düşündüyü üçün ana və atasının yanına gedir. Amma onlar Dəli Domrula canlarını vermirlər. Sonunda həyat yoldaşının yanına gedir və o belə deyir:
“…Ərş şahid olsun, kürsü şahid olsun
Yer şahid olsun, göy şahid olsun
Qadir Tanrı şahid olsun
Mənim canım sənin canına qurban olsun.”
Dəli Domrul Əzrail gəldikdə həyat yoldaşına qıya bilmir və Allaha yalvarır. Allah da onu bağışlayır: göründüyü kimi aralarındakı sevgi onları xilas edir.
Uzun Boylu Burla Xatun
Burla Xatun həm həyat yoldaşı, həm də ana olaraq iki fərqli boyda mövcuddur. 4 fərqli qrupa ayırdığımız qadınlardan “evin dayağı” olan qadınlardandır. O, Qazan xanın həyat yoldaşıdır. Qazan xanın olmadığı bir zamanda kafirlər evi yağmalayırlar. Bütün qadınları əsir alırlar. Qazan xanın ailəsini utandırmaq istəyən kafirlər Burla Xatuna içki içirmək istəyirlər. Burla Xatun namusunu kirlətməmək üçün bütün qadınlara onu gizlətməsi üçün xəbərdarlıq edir. Kafirlər hər kəsin olduğu yerə gəlib “Burla Xatun kimdir?” deyə soruşurlar. Bütün qadınlar bir ağızdan “Mən” deyə bağırırlar. Kafirlər Burla Xatunu tapa bilməyincə, Uruzun ətini bütün qadınlara yedizdirmək qərarına gəlirlər. Burla xatun öz övladının ətini yeməsə onu tapacaqdılar. Bu səbəblə Burla xatun başına gələnləri oğluna danışandaUruz:
“Ağzın qurusun ana, dilin çürüsün ana!
Ana haqqı Tanrı haqqı olmasaydı; Davranıb yerimdən qalxaydım,
Yakan ilə boğazından tutaydım… Bu nə sözdür!” deyə demişdi.
Yaxşı ki, Qaraca Çoban və Qazan xan tam zamanında yetişdilər. Burla Xatun bir ömür boyu nə övlad acısı, nə də namus ləkəsi ilə yaşamaq məcburiyyətində qalmadı. Burla Xatun həm də döyüşçü qadınlardan olmuşdur. Qazan, oğlunun ad alması üçün onu qan çıxartmağa aparır. Kafirlər onları tapıb döyüşürlər. Hər kəs Uruz anasının yanına gedib deyə düşünərkən, əslində o əsir düşmüşdür. Qazan evə gəldikdə baş verənləri anlayıb oğlunu xilas etməyə gedir, amma Burla Xatuna heç nə demir. Salur Qazan kafirlərlə döyüşərkən boyu uzun Burla Xatun qırx cariyəsi ilə, qılıncını quşanıb yanına gəlmişdir. Onun arxasınca Oğuz bəyiləri yetişirlər. Qazan və Uruzu xilas edirlər.
Burla Xatun, bir ananın oğluna olan sevgisini, gözünü qırpmadan etdiklərini və eyni zamanda
döyüşçü qadınlarımızı təsvir etmişdir.
Sarı Geyimli Selcan Xatun
Burla Xatun kimi qadınlarımızdan biri də Selcan Xatundur. Belə qadınlar yalnız Banu Çiçək, Sarı Geyimli Selcan Xatun, Uzun Boylu Burla Xatun deyildi. O zamanlar yaşayan qadınların böyük bir əksəriyyəti ox atır, müharibəyə gedə bilərdi. Kafirlərin basqınları tez- tez olduğu üçün qadınların döyüşməsi normal bir şey idi. Yoldaşları evdə olmadığı zaman, uşaqlarını qorumaq qadınların öhdəsinə düşürdü və onlarda qorxmadan layiqincə bu işi görürdülər. Bəzən yoldaşları ilə birgə döyüşürdülər. Damarlarında Türk qanı axan qadın, kişi fərqi etməz, hər kəs döyüşçü doğular.
Selcan xatun Dastanda “Yoldaşı yerindən qalxmadan qalxan, döyüş atına minmədən minən, qanlı kafir elini tapmadan başını kəsən qadın” kimi təsvir olunur. Sarı Geyimli Selcan Xatunla çoxları evlənmək istəyirdi. Amma bunun üçün öküz, aslan və dəvəni məğlub etmək lazım idi. Belə bir qadını asanlıqla istəmək olmazdı, əlbəttə. Qan Turalı, evdə oturan Türkmən qızı deyil, Selcan Xatun kimi bir yoldaş istəyirdi. Beləliklə, Qan Turalı üç heyvanla döyüşməyə, Selcan Xatunu almağa gedir. Bu zaman Selcan Xatun meydanda tikdirdiyi köşkdə baxırdı. Yanındakı bütün qadınlar qırmızı paltar geyinmiş, o isə sarı geyimi ilə seçilirdi. Buna görə də adı ‘Sarı Geyimli’ olaraq qalırdı.
Qan Turalı heyvanları məğlub edib Selcan Xatunu alıb yola çıxır. Yuxusu gəldiyi üçün yuxuya gedir, amma unutduğu bir şey var idi. Selcan Xatunun çoxlu aşiqi vardı. Asanlıqla Selcan Xatunu almasına icazə verməyəcəkdilər. Uzaq görən Selcan Xatun Qan Turalının atına zireh geyindirir, özü də zireh geyinir, nizəsini götürür və yüksək bir yerə çıxır. Ona doğru gələn altı yüz kafiri seçir. Selcan Xatun atını sürür və yoldaşını oyadır. Qan Turalı atına minib kafirlərə doğru gedərkən Selcan Xatun da onunla birgə döyüşməyə başlayır.
Nəticə
İndiyə qədər qadınlarla bağlı hekayələr, şeirlər, sözlər oxuduq. Hamısında qadınlarımıza nə qədər dəyər verildiyini gördük. Onların fədakarlığı, özlərərinə güvənmələri, cəsarətləri, döyüşçü ruhları və saymaqla bitməyən xüsusiyyətləri ilə qarşılaşdıq. Qadının yaradılışında vardır bunlar.
Qadın olmanın gözəl tərəfləri güclü və şəfqətli olmaqdır. Uşaq dünyaya gətirmək, bütün uşaqlara ana ola bilməyi bacarmaqdır. Qadın olmaq zəriflikdir, incəlikdir, hər şeyə rəğmən qadın olduğunu unutmamaqdır.
Dədə Qorqud hekayələrində çoxlu qadın tipləri mövcuddur. Oxuduqlarımızın hər biri nümunəvi ana, həyat yoldaşı, qadın olublar. Pis qadın xüsusiyyətlərinə sahib biri dastanda yer almır.
Dədə Qorqud hekayələrində problemləri həll edən obrazlar olaraq kişilər ön planda olsa da, qadın obrazlarına da az yer verilməmişdir. Daha çox cəmiyyətin kişinin gücünə ehtiyacı olduğu vurğulanmışdır. Buna görə də Dədə Qorqud dastanı ideal bir kitapdır. Kişi-qadın ayrımının olmadığı, sətiraltı mesajlar verən bir dastandır.
Mustafa Kamal Atatürkün çox sevdiyim və mövzu ilə uyğun bir sözü var: “Yerdə gördüyümüz hər şey, qadının əsəridir”.
Canı verən Allahdır, o canı dünyaya gətirən isə analarımızdır. Onların qiymətini bilməli və onları xoşbəxt etməliyik. Qadın xoşbəxt olanda ailə xoşbəxt olur. Xoşbəxt ailədən yaranan cəmiyyət hər zaman irəliləyir və inkişaf edir.
Peyğəmbərimiz (s.a.s.) qadınların könüllərini ən çox xoş edən idi. Qurani-Kərimdə qadına, anaya dəyər verilməsiylə bağlı ayələr mövcuddur. Bu cür müqəddəs bir kitabda belə haqlarından bəhs edilən qadınlarımızı qorumalı, gözəl yaşamaları üçün əlimizdən gələni etməliyik.
Ədəbiyyat
- Atatürkün qələmə aldığı” Vatandaş İçin Medeni Bigiler” əsəri
- Azmun Y. Dədə Qorqudun üçüncü əlyazması. Soylamalar və iki yeni Boy ilə Türkmən Səhra Nüsxəsi. Metin-Çeviri-Sözlük-Tıpkıbasım. İstanbul: Kutlu Yayınevi, s. 176
- Dergi Park “Dede Korkut Hikayelerinde kadın ve aile kavramları”
- Əliyev S. “Dədə Qorqud” kitabının Drezden və Vatikan əlyazmaları. Dədə Qorqud Dünyası. Məqalələr. Bakı, “Öndər”, 2004, s. 240
- Goody, J. (2009). “Sözlü Kültür”. Milli Folklor, 21(83), 128-132
- Özçelik “Dede Korkut Oğuz Beylerinin Destanlaşmış Hikayeleri” kitabı.
- İmam Buxari tərəfindən toplanılmış “Səhih əl-Buxari” hədis kitabı
- Kitabi-Dədəm Qorqud. Bakı, Yeni nəşrlər evi, 1999.
- Şimşek, A. H., (2016). “Türk Destanlarında Kadın İmgesi”, (Ed. Ş. Ulusan, S. Kayhan).
- Türk Dünyasında Kadın Algısı (s.15-23), Manisa: Manisa Celal Bayar Üniversitesi Yayınlar.
Daxil oldu: 18.10.2024
Qəbul edildi: 11.11.2024