Almara Vəzir qızı Nəbiyeva
BDU, filologiya üzrə fəlsəfə doktoru
nebiyeva_almara@mail.ru
XÜLASƏ
Məqalədə “Kitabi-Dədə Qorqud” eposunun “Basatın Dəpəgözü öldürdügi boyı bəyan edər, xanım, hey!”də Təpəgöz fenomeni dünya elmi fikrini iki yüz ilə yaxın bir dövrü əhatə etdiyi qeyd olunur. Tədqiqatlarda Şərq mənşəyilə bağlı olan Təpəgöz oğuzlar içərisindən dünyaya yayılma ehtimalı ilə özünü təsdiq etmişdir. Bu gün də öyrənilməkdə olan Təpəgöz obrazı təbii ki, dastanın daha qədim hesab edilən Dəli Domrul boyundan xeyli əvvəlki təsəvvürlərə söykənir.Təpəgöz obrazına “Kitabi-Dədə Qorqud” eposunun bir boyunda- “Basatın Dəpəgözü öldürdügi boyı bəyan edər, xanım, hey!”də təsadüf edirik. Dastanın bu boyunda Təpəgözün ana bətninə düşməsindən başlayaraq ölümünə qədər bütün həyatını əhatə edir. Təpəgözün ikinci belə geniş avtobioqrafiyasına yunan eposunda Təpəgöz, Siklop və Polifemlərlə bağlı bizə gəlib çatan variantlara təsadüf etmirik. “Kitabi-Dədə Qorqud” eposunun bu boyunda Təpəgözün anadan olmasından ölümünə qədərki həyatını əks etdirən ədəbi qaynaqlar təhlil olunur.
Açar sözlər: “Kitabi-Dədə Qoruqd”, epos, Təpəgöz, Polifem, boy, müqayisəli tədqiq, adət-ənənə
Dünya xalqlarının qədimliyini təsdiqləyən faktlardan biri epos ənənəsinin mövcudluğu, xalq dastanlarının qədim və orta əsrlərdə yazı yaddaşına köçürülməsi, mədəniyyətin sonrakı dövr nümunələrində həmin mənəvi sərvətin izlərinin qorunub saxlanılması ənənəsi bu gün də davam edir. Türk epos ənənəsinin və epik düşüncəsinin dünya mədəniyyəti xəzinəsində tutduğu mövqeyini müəyyənləşdirmək üçün Yer kürəsində yaşayan xalqların epos və eposdan törəyən yazılı abidələrinin tarixi xronikasına nəzər yetirdikdə şumerlərin “Bilqamış”, hindlilərin “Mahabharata”, “Ramayana”, yunanların “İliada”, “Odisseya”, midiyalıların “Avesta”, farsların “Şahnamə”, oğuz türklərinin “Xəmsə”, “Oğuz kağan” “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, qırğızların “Manas”, özbəklərin “Alpamış”, ingilis-saksonların “Beovulf”, britaniyalıların “Robin Qud”, fin-uqorların “Kalevala”, slavyanların “İqor polku haqqında dastan” kimi yazılı epos və ədəbi abidələri daxil olmaqla dünya mədəniyyəti xəzinəsində yer almışdır. Buna misal olaraq “İliada” və “Odisseya” Yunanıstan, “Beovulf” və “Robin Qud” isə Britaniya adasının sərhədlərindən kənara çıxmayıb. Təkcə ümumtürk dastanımız olan “Koroğlu”unu xatırlamaq kifayətdir ki, Bessarabiyadan, Moldovadan başlamış, Çinə, Ərəbistana qədər istər müsəlman, istərsə də onlarla xristian, bütpərəst xalq arasında, gündoğandan günbatana qədər uzanan ayrı-ayrı ölkələrə yayılıb. Ötən əsrin qırxıncı illərində məhz Türkün yaratdığı “Kitabi-Dədə Qorqud” eposunun qüdrəti Mikoyan, Stalin kimilərini qorxutmuş, Azərbaycanın görkəmli filosofu Heydər Hüseynov “XIX əsr Azərbaycan fəlsəfi fikri”nin qaynağı kimi “Dədə Qorqud”dan bəhs açdığına görə repressiya qurbanlarından biri olmuşdur. Türkmən alimi, “Koroğlu” eposunun böyük tədqiqatçısı akademik Bəymühəmməd Karrıyev isə “Kitabi-Dədə Qorqud” eposunu təbliğ etdiyinə görə 10 il həbs cəzasına məhkum edilmişdi. Dünya xalqlarının heç bir qədim yazılı epik əsərində “Kitabi-Dədə Qorqud”da qoyulduğu şəkildə humanizm, vətənpərvərlik, ailə-əxlaq məsələlərinə yer verilməyib. Bu böyük abidəni ilk dəfə dünyaya tanıtdıran alman şərqşünası Firidirix Fon Dits olub. O, Drezden kitabxanasında müqəddimə və 12 boydan ibarət “Dədə Qorqud” dastanlarını aşkar edib, 1815-ci ildə “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək “Odissey”in nağıl səciyyəli təkgözlü Siklopun – Polifemin kor edilməsi süjetinin yeni variantı kimi nəşr etdirib. 1857-ci ildə Almaniyada Vilhelm Qrimm də bu boyu özünün nəşr etdirdiyi “Dünya Təpəgözləri” müntəxəbatına daxil edir. Homerin “Odisseya”sı barədə danışarkən bu əsərin “Kitabi-Dədə Qorqud” eposu ilə oxşarlığından söz açan alman şərqşünası Fon Dits olmuşdur. O, 1815-ci ildə “Dədə Qorqud” boylarından birini – “Basatın Təpəgözü öldürdüyü boyu bəyan edər”i alman dilinə tərcümə etmiş, onu Homerin “Odisseya”sından məlum olan “Odisseyin Polifemi kor etməsi” süjetinin əski bir variantı kimi çap etdirmişdir” (3, 38-39).
“Kitabi-Dədə Qorqud” eposunun “Basatın Dəpəgözü öldürdügi boyı bəyan edər, xanım, hey!”də Təpəgöz fenomeni dünya elmi fikrini iki yüz ilə yaxın bir dövrü əhatə etmişdir. Tədqiqatlarda Şərq mənşəyilə bağlı olan Təpəgöz oğuzlar içərisindən dünyaya yayılma ehtimalı ilə özünü təsdiq etmişdir. Bu gün də öyrənilməkdə olan Təpəgöz obrazı təbii ki, dastanın daha qədim hesab edilən Dəli Domrul boyundan xeyli əvvəlki təsəvvürlərə söykənir.Təpəgöz obrazına “Kitabi-Dədə Qorqud” eposunun bir boyunda- “Basatın Dəpəgözü öldürdügi boyı bəyan edər, xanım, hey!”də təsadüf edirik. Dastanın bu boyunda Təpəgözün ana bətninə düşməsindən başlayaraq ölümünə qədər bütün həyatını əhatə edir. Təpəgözün ikinci belə geniş avtobioqrafiyasına yunan eposunda Təpəgöz, Siklop və Polifemlərlə bağlı bizə gəlib çatan variantlara təsadüf etmirik. Əli Sultanlının yazdığı kimi, “Kitabi-Dədə Qorqud” eposunun boyunda Təpəgözün anadan olmasından ölümünə qədərki həyatını əks etdirən ədəbi qaynaqdır”(8.19). Təpəgözlə bağlı bizə gəlib çatan Şərq və Qərb qaynaqlarına diqqət yetirəndə məlum olur ki, həqiqətən “Dədə Qorqud” hekayəsi nəinki Təpəgözü daha mükəmməl şəkildə əvvəldən axıra kimi əks etdirən, həm də onun bir sıra mənşə xüsusiyyətlərini bütün qaynaqlardan fərqli olaraq özündə saxlayan bir obrazdır. “Kitabi-Dədə Qorqud” eposu Təpəgözlə bağlı boyunda Aruz qocanın köç zamanı düşüb qalan və aslanın aparıb böyütdüyü Basatın tapılması Təpəgözün dünyaya gəlməsi, daha doğrusu ana bətninə düçməsi ilə başlayır. “…Oğuz bir gün yaylağa köçdi. Aruzın bir çobanı vardı. Qonur qoca Sarı çoban deyərlərdi. Oğuzun ögincə bundan əvvəl kimsə köçməzdi. Uzun binar diməklə məşhur bir binar vardı. Ol binara pərilər qonmışdı. Nagahandan qoyun ürkdi. Çoban, ərkəcə qaqdı, ilərü vardı. Gördü kim, pəri qızları qanat-qanada bağlanmışlar, uçarlar. Çoban kəpənəgini üzərlərinə atdı. Pəri qızının birini tutdı. Təmə edib, dərhal cima eylədi. Qoyun ürkməgə başladı. Çoban qoyunun öginə səgirtdi. Pəri qızı qanat urub uçdı. Aydır: “ Çoban, yil təmam olıcaq məndə əmanəin var, gəl, al!”- dedi.- Əmma Oğuzun başına zəval gətiürdin!”- dedi.(6,98). Bu məlumatlar Təpəgöz süyeti barədə qaynaqların heç birində təsadüf olunmayan və onun ana bətninə düşməsini əks etdirən dəyərli bir məlumatdır. “Kitabi-Dədə Qorqud” eposunu öyrənən ilk araşdırıcıların mülahizələri birmənalı olmamışdır. Belə ki, V.V.Bartold Təpəgöz boyunu “mifoloji səciyyə daşıyan əsər”, Y.Yakubovski “Oğuzların tarixini yaşadan əsər”, V.Jirmunski “erkən oğuz düşüncəsinin yaradıcılıq nümunəsi” kimi qeyd edir, onunla bağlı müxtəlif mülahizələr irəli sürülmüşdürlər. Tədqiqatçılar sujetin ayrı-ayrı variantlarda yayıldığını göstərirlər, hətta müəyyən mülahizələrə görə bu sujetin daha qədim variantlarının bəzi elementlərinə Şərqdə yayılan əfsanə və nağıl motivlərinə də təsadüf edilir. Təpəgöz süjeti ilə bağlı ehtimallar fərqli olduğu kimi, onun mənşə xüsusiyyətlərinə baxışlarında da müxtəliflik özünü göstərir. “Kitabi-Dədə Qorqud” eposunun bir çox tədqiqatçları Təpəgöz süjetinin şərqə məxsusluğunu xüsusilə vurğulamışlar. F.Dits Təpəgözü-Polifemlə müqayisə etdikdən sonra həmin qənaətini qəti şəkildə təsdiqləmişdir. 60-cı illərdə Azərbaycan qorqudşünaslığının altmışıncı bu problem diqqət mərkəzində olmuşdur. M.H.Təhmasib boyların harada və kim tərəfindən yaradıldığını müəyyən etmək məqsədilə apardığı tədqiqatında “Təpəgöz obrazını Qafqaz xalqları içərisində bu süjetin yeddi variantını Dədə Qorqud Təpəgözü ilə müqayisə etmişdir. Müəllif “Min bir gecə”də “Sindibadın nağılı”ndakı Adamçıllardan başlayıb Təpəgözü Şimali Qafqaz, Dağıstan, Abxaziya, Topqapı variantları, eləcə də vaxtilə Ə.Dəvədarinin məlumat verdiyi Oğuznamə və yunan eposunun variantları ilə müqayisə edir”(7). Bir sözlə, Təpəgözlə bağlı aparılan araşdırmalar yuxarıda qeyd edilən mətn əsasında aparılmış və müxtəlif fikirlər söylənilmişdir. Boydan aydın olur ki, birincisi, Təpəgöz qeyri-qanuni nigahın yetirməsidir. İslam düşüncəsinə görə bütün qeyri-qanuni nigahlar nəticəsində dünyaya gələnlər şəri təmsil edir, zahirən eybəcər, fiziki və ya əqli cəhətdən qüsurlu olduğu kimi, daxilən də zalım, qaniçən, insanlığa qənim kəsilmiş olurlar. Onlar dünya eposunda şəri təmsil edir, varidata və sərvətə həris, lovğa və qəddar kimi təqdim edilirlər. Lakin əksər tədqiqatçıların haqlı olaraq iddia etdikləri kimi, səkkizinci boy dastanın daha əzəli təsəvvürlərlə bağlı boylarındandır. Demək burada hadisələr islam qaydaları ilə tənzimlənə bilmir. Məlumdur ki, bu hadisələr bizim eranın V-VII əsrlərdən xeyli qabaq idi. Təpəgözlə bağlı bir sıra motivlər isə onu daha əski görüşlərlə bağlamağa əsas verir. Lakin bu da bir həqiqətdir ki, uzaqlara aparıldıqca Təpəgöz Oğuzlardan uzaqlaşır. Oğuza məxsusluqdan çıxır. Ən düzgünü isə onu elə daşıdığı, əks etdirdiyi Oğuz modeli ölçülərində nəzərdən keçirməkdir. Bunu əks etdirən başlıca detal isə Təpəgözün Oğuz mühitində dünyaya gəlməsidir. O, Sarı çoban Oğuz yaylağa köçdüyü zaman Pəri qızla rastlaşır. Dastanda olan boydan göründüyü kimi, Təpəgözün Oğuz elindən çıxıb ona qənim kəsilməsi, adam yeməsi, eli məhv etmək təhlükəsi yaratması bu sujetin yalnız Oğuz variantına məxsusdur. Bu adamyeyən nəhəngin qarşısını ala bilən güc hələ Oğuz cəmiyyətində yoxdur. Demək, Təpəgöz insan gücünün fövqündədəir, qeyri-insan mənşəlidir, onun ölüm sirri Oğuza hələ məlum deyildir. Belə olmasaydı Təpəgözlə döyüşlərdə Oğuzun Qaragünə, Dözən oğlu Alp Rüstəm, Uşun Qoca oğlu, Dəmir donlu Mamaq, Bükdüz Əmən və onlarla başqa qəhrəmanlaı ölməzdi. Elə buna görə də növbəti epizodda da Təpəgözün yeni bir keyfiyyəti ilə rastlaşırıq. Dədə Qorqud onunla danışığa gedir ki, razılığa gəlsinlər. “…Dədəm Qorqudu Təpəgözə göndərdilər. Gəldi, salam verdi. Aydır: “Oğul, Dəpəgöz, Oğuz elində zəbun oldu, bunaldı. Ayağın torpağına məni saldılar. Sana kəsim verəlim, deirlər”-dedi. Dəpəgöz aydır: “Gündə altmış adam verin yeməğə!”-dedi. Dədə Qorqud aydır: “Bu vəchlə sən adam qomaz, dükədərsən,-dedi,-əmma gündə eki adam ilə beş yüz qoyun verəlim!”-dedi. Dədə Qorqud böylə degəc Dəpəgöz aydır: “Xoş, öylə olsun! Əvət, həm mana eki adam verin, yeməgüm bənüm bişirsün, mən yiyəyim!”-dedi.(6,98) Bütün bu epizodlarda gördüyümüz hal və xüsusiyyətlər bizə məlum Təpəgözlərin heç birində yoxdur. Ona görə də Təpəgözün mənşə xüsusiyyətlərini Oğuz Təpəgözünü bilmədən, yaxud onunla bağlı gördüyümüz bütün məlumatları nəzərə almadan əsaslı nəticələrə gəlmək olmur. “Pərilərin insan övladı ilə izdivacına ancaq epik təsəvvürdə- mif, nağıl, əfsanə və eposlarda təsadüf olunur. “Dədə Qorqud”dakı Təpəgözü dünyaya gətirən pəri qütbü kimi, Sarı çoban qütbündə də insan mənşəliyindən kənar qəliblər nəzərə çarpır.(5,112). Bu məsələdən bəhs edən folklorşünas M.H.Təhmasib yazır:” Əmin Abidə istinadən Dəvədari əfsanəsində Təpəgözün anasının Böyük dənizin cinlərindən, atasının isə böyük başlı bir adam olduğunu qeyd edir. Yəni o qədər böyük başlı ki, on üç qoyun dərisindən papaq geyərmiş. Yunanların təkgözlü arimasplarla bağlı mifi, ehtimal ki, qədim yunanların Polifemlə əlaqədar mifinə çevrilmişdir, bunun ilk nümunəsi, görünür, qədim Təpəgözünün böyük qardaşı olmuşdur. Polifemlə bağlı mifi e.ə. VII əsrdə Ön Asiyaya yürüş edən skiflər özləri ilə gətirə bilərdilər (7,136) ”.F.Ditsin Polifemin Qafqaz mənşəli olması ilə bağlı mülahizəsi məhz bu mülahizələr qovşağında həqiqətə yaxınlaşır. F.Dits dürüst tarix göstərə bilməsə də, sujetin skiflər içərisində mövcud olduğunu, oradan isə onların müxtəlif yürüşləri zamanı Ön Asiyaya, Qafqaza, eləcə də Avropaya yayıldığını ehtimal etməkdə haqlı idi. Təpəgözlə bağlı sujet Ön Asiyada yayıldığı kimi, eyni zamanda Qafqaza gəlmiş, burada adiqey və osetinlərin “Nart” eposunda Təpəgözü yaratdıqları kimi, eyni zamanda o, özünə oğuzların daha mükəmməl sujetli hekayətlərinin birində yer eyləyə bilmişdi. Homerin “Odissey”dəki Polifem isə daha qədim Təkgözün əsaslı şəkildə yumşalmış prototipidir. Avropa və dünya eposuna səpələnən də məhz həmin obrazın müxtəlif səviyyələrdə işlənmiş variantlarıdır.(5,39) F.Ditsin Təpəgözlə müqayisə etdiyi yunan Polfemi isə əslində şərq mənşəli azmandan çox zəif məxluqdur. Bu onun mənşə xüsusiyyətlərinin qədimliyində, pəri qismi ilə bağlılığında, onun barmağına keçirilən üzüyün sehrində, özünün qeyri-adi doğuluşunda, insan əti yeməsində və s. fərqlənir. Müqayisədə Təpəgözün Polifemlə ümumi cəhətləri də nəzərə çarpacaq dərəcədədir. Polifem də səma mənşəlidir. O, Ə.Sultanlının yazdığı kimi, “Zevsin qardaşı Poseydonun su pərisi Amsitriti ilə münasibətindən doğulmuş və Poseydonun oğludur. Polifem də Təpəgöz kimi insan əti yeyir, amma o, daha şərt qoyub gündə iki insan istəmir, yalnız Odisseyin əlindən hirslənəndə onun yoldaşlarını yeyir. Polfem də Təpəgöz kimi adamları iki-iki yeyir.(8,11). Məlumdur ki, bu obrazların hər ikisinin canı onların gözlərindədir. Hər ikisi yalnız gözü kor edildikdən sonra məğlub edilir. Bəllidir ki, Odissey Polifemi öldürmür. Basat isə onun öz qılıncı ilə başını kəsir. Təpəgöz sırf mifik bir obraz kimi yunanıstanlı Polifemlə genetik qohumluq xəttilə birləşir. Onların mifdəki statusları təxminən eynidir və eyni zamanda sujet istiqamətlərini də əhatə edir. Tədqiqatçılar bu cür eynilikləri “səyyar süjetlər” adlandırırlar. Bunu da qeyd etmək lazımdır ki, bu eyniliklərlə bərabər, bu sujetlərin hər birinin ayrılıqda öz lokal özünəməxsusluqları vardır. Belə ki, Təpəgözün “Dədə Qorqud”a, Polifemin “Odisseya”ya daxiledilmə prinsipləri də, onların bir obraz kimi ömür yollarının müxtəlif kəsikləri də bir-birindən fərqlənir. Polifemə görə Təpəgöz daha dolğun bir ömür yoluna malikdir, dastanın bu boyunda onun anadan olandan həlak an`ına qədər bütün həyatı izlənib təsvir edilir. “Odisseya”da isə Polifemin həyatının yalnız bir kəsiyi-məhz Odisseylə qarşılıqlı münasibətə aid olan kəsik işıqlandırılır. Şübhəsiz ki, hər bir dastanın müvafiq təsviri real bədii-estetik prinsiplər baxımından özünü doğruldan təsvirdir. Bu baxımdan bu iki obrazı müqayisə edərək bədii obraz kimi üstünlüyü onlardan birinə versək Təpəgözün tam təsviri olduğuna görə daha qədim obraz olduğunu, Polifemin isə təsvir natamamlığına görə ondan yarandığını sübuta çalışmaq, birtərəfli və sonadək düşünülməmiş bir addım atmaq olardı. Polifemin natamam təsvirini əsaslandıran bir çox amillər var ki, onları nəzərə almamaq mümkün deyil. Deməli, bu iki obraz səyyar sujetlərin formal inkişaf xətlərinin ortaya çıxardığı bir mahiyyətdir, bütövlükdə Mifin şəxsi yaradıcılığıdır. Bunun nəticəsidir ki, Təpəgözün-Polifemin kor edilmə üsulu da hər iki dastanda eynidir. Yuxarıda Təpəgöz və Polifemlə bağlı qeyd etdiyimiz oxşar və fərqli xüsusiyyətlərə Əli Sultanlılnın da kitabında geniş yer verilmişdir. Onun tədqiqatında Təpəgöz adam yeyəndir. Oğuz qəbiləsinin bir-bir yox etməkdədir. Dədə Qorqud gəlib onunla müqavilə bağladığı vaxt beş yüz qoyun ilə iki adam da yeməli olur. Belə görünür ki, o, adamsız yaşaya bilmir. Bundan fərqli olaraq Polifem qoyun, qoç, keçi əti ilə dolanır. Süd içir, qatıq, qaymaq yeyir, olduğu adanın bol meyvəsi ilə dolanır. Əgər o, Odisseyin altı yoldaşını yeyirsə,bu hal sadəcə müstəsna bir hadisədir. Bəlkə də onu narahat edənlərdən intiqam alır. Təpəgöz təkdir, Polifem isə bir çox təpəgözlərin içərisində yaşayır. Daha doğrusu, onun yaşadığı adada çoxlu təpəgöz var, həmin ada təpəgözlər adasıdır. Təpəgöz işləmir, zəhmət çəkmir, tənbəldir. Polifem isə əsil mənada çobandır. Hər gün tezdən qoyunları sağıb otarmağa aparır. Axsamüstü qoyunları mağara yanında sağır və mağaraya qatır. Odun daşıyır, ocaq yandırır, süd bişirir, qatıq çalır, qaymaq yığır. Təpəgöz özünə yemək bişirməyi bacarmır; Yüklü Qoca ilə Yapaqlı Qoca ona aşbazlıq və nökərçilik edirlər. Polifem insan cəmiyyəti tanımır, cəmiyyətsiz yaşayır. O, tam mənasında vəhşi zonada həyat keçirir. Doğrudur, burada başqa sikloplar da var. Lakin Polifem onlardan qətiyyən asılı deyil. Halbuki Təpəgöz insan cəmiyyəti olmadan yaşaya bilmir. Qəbilələr onun əlindən zara gəlib ürküb qaçdıqları vaxt Təpəgöz onları qabaqlayıb, öz yerlərində oturdur. Məqsədi onların hesabına yaşamaqdır. Əli Sultanlının verdiyi bu ədəbi müqayisələrdən bu nəticələrə gəlmək mümkündür ki, “Kitabi-Dədə Qorqud” boyundakı Təpəgözü, Fridrix Fon Ditsin Polifemə qəti surətdə bənzəmir. Təpəgöz tamamilə fərdi xüsusiyyətə , xüsusilə sikloplar üçün xas olan əlamətlərə malik bir bədii surətdir. Fon Ditsin doğru olaraq qeyd etdiyi kimi, Təpəgözün yaranmasında Polifemin heç bir ədəbi təsiri yoxdur və ola da bilməz”(4, 72). Azərbaycan ədəbiyyatında Təpəgözün sələfləri olmuşdur. Bu sələfləri təyin edə bilməsək də, deyə bilərik ki, bədii cəhətdən belə mükəmməl bir surətin yaranması üçün qədim xalq nağıllarında onun bir silsilə sələfi olmalı idi. Təpəgöz “Dədə Qorqud”dan sonra Azərbaycan dastanlarında və nağıllarında fasiləsiz olaraq yaranır. Ozanlar, aşıqlar, naqqallar öz qəhrəmanlarını divlərlə, əjdahalarla qarşılaşdırdıqları kimi, Təpəgöz və kəlləgözlərlə də qarşı-qarşıya gətirmişlər (9.11). Beləliklə də, “Dədə Qorqud” Təpəgözü ilə yunan eposu qəhrəmanı Polifem arasındakı oxşar və fərqli cəhətlər bir çox tədqiqatçıların diqqətini çəkmış və bununla bağlı oz mülahizələrini vermiş və yuxarıda qeyd etdiyimiz nəticəyə gəlmişlər.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
- Abdula K. Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud-2. Bakı. Yeni Nəşrlər evi, “Elm” nəşriyyatı, 1999, 288s.
- Cəmşidov Ş. A“ Kitabi-Dədə Qorqud ”u vərəqləyərkən. Bakı. Gənclik, 1969, 98s.
- Əlimirzəyeva F. “Kitabi-Dədə Qorqud” alman nəşrlərində. Bakı. 2001, 278 s.
- Əlimirzəyeva F.D. “Kitabi-Dədə Qorqud” dastanları alman filoloji fikrində. Bakı, “Elm”, 1999, 332 s.
- Homer. Odisseya. Bakı. Şərq-Qərb, 2009,376s.
- Kitabi-Dədə Qorqud. (tərtibçilər: F.Zeynalov, S.Əlizadə), Bakı. Yazıçı, 1988, 265s.
- Təhmasib M.H. “Dədə Qorqud” boyları haqqında // Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. Birinci kitab. Bakı, “Azərb. SSR EA nəşriyyatı”, 1961, s. 156
- Sultanlı Ə. Dədə Qorqud dastanı haqqında qeydlər. S.M. Kirov adına ADU-nun Elmi əsərləri humanitar seriyası. 1958, №1, s 19 9. Sultanlı Ə. “Dədə Qorqud” dastanı haqqında qeydlər.// Məqalələr. Bakı. Azərnəşr, 1971, s11-100.
FUNCTIONAL SEMANTICS OF THE IMAGE OF TAPAGÖZ AND WORLD EPIC
Almara Nabieva
BSU, “Dede Gorgud” research laboratory
PhD in Philology
SUMMARY
Key words: “Kitabi-Dade Gorgud”, epic, Tepagoz, Polyphemus, height, comparative study, tradition
In the article “Kitabi-Dade Gorgud” epic “Basat declares the height of Depagoz killed, lady, hey!” It is mentioned that the phenomenon of Depagoz covers a period of nearly two hundred years of world scientific opinion. In research, Tepegoz, which is related to the Eastern origin, has confirmed itself with the possibility of spreading to the world from within the Oghuz. The image of Tepegoz, which is still being studied today, is of course based on ideas much earlier than the age of Deli Domrul, who is considered older in the saga. We come across the image of Tepagoz in the “Kitabi-Dade Gorgud” epic – “Basat Depagoz will declare the height he killed, lady, hey!” In this volume of the epic, it covers the whole life of Tepegoz, starting from his birth in his mother’s womb until his death. In the second such extensive autobiography of Tepegoz, we do not come across the variants that have come down to us regarding Tepegoz, Cyclops and Polyphemus in the Greek epic. In this volume of the “Kitabi-Dade Gorgud” epic, the literary sources reflecting the life of Tepegoz from his birth to his death are analyzed.
ФУНКЦИОНАЛЬНАЯ СЕМАНТИКА ОБРАЗА ТЕПЕГЁЗА И МИРОВОЙ ЭПОС
Алмара Набиева
БГУ, доктор философии по филологии
РЕЗЮМЕ
Ключевые слова: «Китаби-Деде Горгуд», эпос, Тепегёз, Полифем, глава, сравнительное исследование, традиции и обычаи
В сказании «Песнь о том, как Басат убил Тепегёза» отмечается древность всемирно-научного феномена Темяглаз. В исследованиях указывается вероятность ознакомления восточного персонажа Тепегёза посредством огузских дастанов всему миру. На сегодняшний день имеются предположения о том, что изучаемый образ Темяглаз имеет более древние корни. С данным персонажем мы встречаемся в сказании «Песнь о том, как Басат убил Тепегёза» дастана «Китаби-Деде Горгуд». Здесь содержится полная информация с момента его зачатия до смерти. В греческих мифах о Тепегёзе, Циклопе и Полифемах невозможно встретиться с аналогом данной автобиографии. Наряду с этим в данном сказании «Китаби-Деде Горгуд» исследуются также литературные источники о рождении Темяглаза.
Cornhole Blue Bottle lomo messenger bag. Gentrify vegan tilde fap. Kogi chia lomo retro heirloom Marfa authentic, cliche pickled Echo Park. Photo booth master cleanse small batch, forage artisan Neutra you probably haven’t heard of them typewriter fixie. Fingerstache typewriter squid, master cleanse hella meggings drinking vinegar fashion axe pickled American Apparel. Trust fund Carles kogi fanny pack shabby chic mumblecore. Cornhole next level cliche bespoke flannel.
Bespoke cred cliche meh Kickstarter. Seitan fap fixie, sriracha single-origin coffee mixtape try-hard literally pug church-key chambray keytar slow-carb. Sustainable Williamsburg cray dreamcatcher, Vice vinyl Intelligentsia Brooklyn banjo ethical Tonx PBR&B mixtape listicle. Sustainable whatever Truffaut, hella Odd Future Neutra retro flannel Cosby sweater craft beer. Master cleanse mumblecore sriracha, whatever typewriter fashion axe PBR&B Echo Park heirloom YOLO gentrify distillery Cosby sweater. Fingerstache pork belly lumbersexual umami church-key craft beer. Readymade iPhone whatever, asymmetrical dreamcatcher fingerstache Helvetica.
Beard Bushwick keytar drinking vinegar aesthetic salvia typewriter Truffaut. Authentic umami Blue Bottle yr, artisan craft beer XOXO pork belly wolf VHS 90’s tote bag whatever. Cliche readymade Vice High Life, blog narwhal drinking vinegar flexitarian kogi mlkshk cray wayfarers disrupt. Chia Banksy raw denim chambray Pinterest squid. Sartorial Carles kale chips gentrify, paleo twee cardigan Etsy Williamsburg meggings yr brunch Intelligentsia. Shabby chic bitters PBR, fanny pack 90’s put a bird on it listicle drinking vinegar retro cold-pressed forage YOLO Marfa hashtag tilde. Umami Tumblr kale chips organic.
Şərh yazın