“Birinci Türkоlоji Qurultayın “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi tarixində rolu” (20.10.2026)

“Birinci Türkоlоji Qurultayın “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi tarixində rolu” (20.10.2026)

Məruzəçi: “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasınınfil.e.d.,prof.b.e.i. Babayev Adil Məmməd oğlu

 

Məruzənin adı: “Birinci Türkоlоji Qurultayın “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi tarixində rolu”

  Xülasə:

Məqalədə Birinci Türkoloji Qurultayın (Bakı, 1926) türkoloji elmin inkişafındakı mövqeyi və “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi tarixi kontekstində əhəmiyyəti araşdırılır. Tədqiqatın əsas məqsədi qurultayın elmi irsini dastanın öyrənilməsi tarixi ilə əlaqəli şəkildə təhlil etmək, abidənin Azərbaycan folklorşünaslığında və ümumtürk ədəbi-mədəni irsindəki mövqeyini müəyyənləşdirməkdir. Araşdırmada dastanın tarixi-mədəni məzmunu, dil və poetik xüsusiyyətləri, eləcə də Azərbaycan xalqının milli-mədəni yaddaşının qorunmasındakı rolu nəzərdən keçirilir. Tarixi-müqayisəli və mətnşünaslıq yanaşmaları əsasında dastanın tədqiqinin müxtəlif mərhələlərinin öyrənilməsi onun elmi şərhindəki dəyişiklikləri və türkoloji fikrin inkişafı ilə əlaqələrini müəyyənləşdirməyə imkan verir. Nəticə etibarilə, Birinci Türkoloji Qurultayın elmi irsinin “Kitabi-Dədə Qorqud” dastanının tədqiqi tarixi kontekstində araşdırılması Azərbaycan folklorşünaslığının inkişaf istiqamətlərinin və abidənin ümumtürk mədəniyyətindəki yerinin elmi cəhətdən dəyərləndirilməsi baxımından əhəmiyyətlidir.

İştirak etmişdir: 8 nəfər.